Uşaq xor kollektivlərinin respublika müsabiqəsi başa çatıb

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi başa çatıb. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş müsabiqənin zona mərhələləri aprel ayında gerçəkləşmişdi.

   Müsabiqənin nəticələrinə görə, birinci yerə Q.Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbi, ikinci yerə R.Behbudov adına 2 nömrəli və R.Hacıyev adına 15 nömrəli, Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbi, üçüncü yerə isə K.Səfərəliyeva adına 16, Niyazi adına 22 və Ə.Bədəlbəyli adına 23 nömrəli uşaq musiqi məktəbləri layiq görülüblər.

   C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbi müsabiqənin “Qran-pri”sinə sahib olub. Həmçinin bir sıra musiqi məktəbi müsabiqənin həvəsləndirici mükafatına layiq görülüb.

 

 

    Mədəniyyət.- 2013.- 3 may.- S. 2.