Sənətkara
diqqət, sənətə hörmət
Azərbaycan
Respublikası Prezidenti tərəfindən təltif olunmuş
görkəmli incəsənət xadimlərinə ordenlər
təqdim olundu
Xəbər verdiyimiz kimi, Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan
musiqisinin, təsviri sənətinin inkişafında
böyük xidmətləri olan görkəmli sənət
adamları - heykəltəraş, Xalq rəssamı Tokay Məmmədov,
bəstəkar, Xalq artisti Musa Mirzəyev, dirijor, Xalq artisti Rauf
Abdullayev “Şərəf”, qaboy ifaçısı, Xalq artisti
Kamil Cəlilov “Şöhrət” ordeni ilə təltif olunub.
Mayın 2-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə
mühüm töhfələr vermiş ustad sənətkarlara
ordenləri təqdim etdi.
Təqdimat mərasimində
çıxış edən nazir ölkəmizdə mədəniyyətin
və incəsənətin inkişafında xidmətləri
olan şəxslərə dövlət tərəfindən
xüsusi qayğı və diqqət göstərildiyini
bildirdi. Nazir sənət adamlarına yüksək dövlət
təltiflərinin ulu öndər Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi ərəfəsində təqdim
edilməsinin təsadüfi olmadığını
vurğuladı: “Çünki sizin hamınızın fəaliyyəti
Heydər Əliyevin yaşayıb-yaratdığı dövrdə
başlamış, bu dövrdə böyük sənət
nailiyyətləri əldə etmisiniz. Sizin
hamınızın əməyi ümummilli lider tərəfindən
çox yüksək qiymətləndirilmişdir. Biz
düşündük ki, məhz Heydər Əliyevin 90 illiyi ərəfəsində
onunla bir dövrdə çalışmış, Azərbaycan
xalqının mədəniyyətini ucaltmış, xalqın
incəsənətinə böyük töhfələr
vermiş sənətkarlara bu yüksək mükafatları təqdim
edək”.
Mədəniyyət sahəsində
çalışan insanlara dövlət qayğısı ənənəsinin
Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini
vurğulayan nazir ölkə başçısının
mayın 1-də imzaladığı sərəncamla 130 nəfər
incəsənət xadiminin Azərbaycan Respublikası
Prezidentinin mükafatı ilə təltif olunduğunu bildirdi.
Nazir Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən irimiqyaslı və uğurlu layihələrdən
danışdı, Azərbaycan mədəniyyətinin və
incəsənətinin dünyada təbliğ olunmasında,
tanıdılmasında böyük işlər
görüldüyünü diqqətə
çatdırdı.
Sonra Əbülfəs Qarayev Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
təltif olunmuş incəsənət xadimlərinə - Xalq
rəssamı Tokay Məmmədova, Xalq artistləri Musa Mirzəyevə
və Rauf Abdullayevə “Şərəf”, Xalq artisti Kamil Cəlilova
“Şöhrət” ordenini təqdim etdi.
Nazir təltif olunan mədəniyyət
və incəsənət xadimlərinin əməyinin hər
zaman yüksək qiymətləndirildiyini bildirərək
onlara yeni yaradıcılıq uğurları,
cansağlığı arzuladı.
Təltif olunanlar onlara göstərilən
diqqət və qayğıya görə ölkə
başçısı cənab İlham Əliyevə təşəkkürlərini
bildirdilər.
Tədbirdən sonra təltif olunan
sənətkarlardan bir neçəsi ürək sözlərini
bizimlə bölüşdü.
Xalq artisti, bəstəkar Musa Mirzəyev:
- Bu, sənətimizə
verilən yüksək
qiymətdir. İstedadlı adamlar hamısı
eyni olmurlar. Onların istedadlarının rəngləri
var. O rənglərə hökumət
tərəfindən qiymət
verilməsi çox təqdirəlayiqdir. Ona görə
mən möhtərəm
Prezidentə, Mədəniyyət
və Turizm Nazirliyinə, musiqi ictimaiyyətimizə öz
minnətdarlığımı bildirirəm.
Xalq artisti Rauf Abdullayev:
- Çox həyəcanlıyam. Mən
bu mükafatı təkcə özümə
götürmürəm, Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rəhbəri kimi bu mükafatı
bütün kollektivlə
bölüşürəm. Hörmətli Prezidentimizə dərin
təşəkkürümü bildirirəm.
Xalq artisti Kamil Cəlilov:
- Prezidentimiz cənab İlham Əliyevə təşəkkür
edirəm ki, incəsənətə həmişə
qayğı göstərir,
böyük öndər
Heydər Əliyevin yolunu davam etdirir.
Bu bizi çox
sevindirir. Bu yüksək təltif məni çox kövrəltdi, bir daha minnətdarlığımı
bildirirəm. Dövlətimizdən çox razıyam, bundan sonra da
öz sənətimlə
xalqımıza, mədəniyyətimizə
xidmət edəcəyəm.
Təranə Vahid
Mədəniyyət.-
2013.- 3 may.- S. 3.