“Dünya klassik musiqi irsi”
Mayın 1-də Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Dünya klassik musiqi irsi” musiqi layihəsi çərçivəsində növbəti konsert təqdim edilib.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev) çıxış edib. Orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, Vasif Adıgözəlovun “Bayram süitası”, Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyasından “Rəqs” və s. əsərlər səsləndirilib.
Solistlər
Ramil Qasımov, İlahə Əfəndiyeva,
Ehtiram Hüseynov, əməkdar
artistlər Aybəniz Haşımova, Almaz
Orucova, Xalq artisti Simarə İmanova Cahangir Cahangirovun “Alagöz”, Üzeyir
Hacıbəylinin “Arşın mal alan” musiqili
komediyasından parça, Fikrət Əmirovun
“Azərbaycan elləri” və “Şeyx Sənan”
dramından “Kor ərəbin mahnısı”,
Tofiq Quliyevin “Sənə
də qalmaz”, Niyazinin
“Qaragilə”, Oqtay Kazımovun “Məhəbbət”,
Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, Əlibaba Məmmədovun
“Min yaşa” və digər
əsərləri ifa ediblər.
Mədəniyyət.-
2013.- 3 may.- S. 4.