“Qızıl
Kəlmə” ədəbi mükafatının qalibləri elan olundu
Müsabiqəyə
4 nominasiya üzrə 30 əsər təqdim edilib
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyində "Qızıl Kəlmə" Ədəbi
Mükafatı Komissiyasının yekun iclası keçirilib.
Bildirilib ki, 2013-cü il üzrə müsabiqəyə 4
nominasiyada (nəsr, poeziya, ədəbi tənqid və
publisistika və orijinaldan bədii tərcümə) 30 əsər
təqdim edilib. Əsərlərin qəbulu isə 1 mart
2013-cü ildə başa çatıb.
Nəsr əsərləri
nominasiyasına “MHS-Poliqraf" nəşriyyatı Mustafa
Çəmənlinin "Ölüm mələyi",
"Qanun" nəşriyyatı Şirməmməd Nəzərlinin
"Çəkilməyən film" romanlarını,
"525-ci qəzet"in redaksiyası Pərvinin "Qar
yağacaq" (povest və hekayələr),
"Yazıçı" nəşriyyatı Səriyyə
Müslümqızının "Xocalı uşaqları -
qan içində qar çiçəyi",
"Qızıl Kəlmə" ədəbi
mükafatının laureatı Telman Vəlixanlı Səfər
Kəlbixanlının "Bəxtəvər ölüm"
kitabını, Bakı Slavyan Universiteti Alpay Azərin hekayələrini,
Mahmud Kaşqari adına Beynəlxalq Fond Zərrin Şövkət
Horovlunun "Arazdan gələn səslər" kitabını
təqdim edib.
Poeziya əsərləri
nominasiyasına "525-ci qəzet"in redaksiyası Qismətin
"Meqapolis hüznləri", "Min Bir Mahnı" nəşriyyatı
Nafilə Abuzərlinin "Eşq mələyi",
"Connstant empire" nəşriyyatı Eldar İskəndərzadənin
"Mənəm, sənsən, bir də o...", "Yazıçı"
nəşriyyatı Şükür Şənolun
"Aranızdakı bir mələk", "Nərgiz" nəşriyyatı
Zakir Ağdamlının "İlahi, dağlara qovuşdur məni",
"Təknur" nəşriyyatı Mehriban Tahirovanın
(Bahadurqızı) "Vsadnik qryoz" (rus dilində), "Lənkəran"
qəzetinin redaksiyası İltifat Salehin "Poetik testlər",
"Vektor" nəşriyyatı Elçin İsgəndərzadənin
"Qürbət hücrəsində", "Elm və təhsil"
nəşriyyatı Fuad Babanlının "Haray
dağı", Azərbaycanda Atatürk Mərkəzi Adil Cəmilin
"Yurd yerim - dərd yerim", "Ədalət" qəzeti
Əbülfət Mədətoğlunun "Hər görüş
bir ümiddi", "Yazıçı" nəşriyyatı
Oqtay Rzanın "Rübai karvanı - dördlük çələngi"
şeirlər kitablarını təqdim edib.
Ədəbi tənqid və
publisistika əsərləri nominasiyasına Azərbaycan Milli
Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutu Elnarə Akimovanın "Yeni təfəkkür və
ədəbi tənqid", Azərbaycan Yazıçılar
Birliyinin Lənkəran bölməsi Hafiz Mirzənin
"Mütəfəkkir", "Apostroff" nəşriyyatı
Saminə Hidayətqızının "Yüz türk
qadını", "Adiloğlu" nəşriyyatı
İlqar Əliyevin "Sirr və açar",
"Qızıl Kəlmə" mükafatı laureatı
Telman Vəlixanlı Rüstəm Kamalın "Sözü
işığa danışdım", Gədəbəy
Rayon Mədəniyyət və Turizm Şöbəsi Etibar Əliyevin
"Həyatımızda Simens izləri",
"Yazıçı" nəşriyyatı Əsəd
Cahangirin "Kim yatmış, kim oyaq?", Azərbaycan
Respublikası İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr
Elmi Araşdırmalar Mərkəzi Vaqif Arzumanlının
"Dədə Qorqudun qəbrinin izi ilə", MİMTA
Fondu Elmira Qasımovanın "Qəlbimin aynası",
"Elm" nəşriyyatı Nəsib Bayramovun "Sirli
dünya" kitablarını təqdim edib.
Orijinaldan bədii tərcümə
nominasiyasına Azərbaycan Yazıçılar Birliyi tərəfindən
Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin tərcüməsində
Oljas Süleymenovun “Kuman nəğməsi" kitabı təqdim
edilib.
Bütün əsərlər
Mükafat Komissiyasının hər bir üzvü tərəfindən
oxunub.
Komissiya üzvlərinə
"Qızıl Kəlmə" Ədəbi
Mükafatına təqdim olunan əsərləri qiymətləndirmə
cədvəli verilib, komissiya üzvləri hər nominasiya
üzrə seçdiyi əsəri xüsusi işarə ilə
qeyd ediblər.
Qiymətləndirmə cədvəlinə
əsasən alınmış nəticə səsə
qoyulub. Dörd əsas mükafatla yanaşı, bu dəfə
də "Qızıl Kəlmə" Ədəbi
Mükafatı çərçivəsində daha iki əsəri
fərqləndirən "Şans" ödülünün
verilməsi də məqsədəuyğun sayılıb. Təkliflər
ümumiləşdirilib səsə qoyulub. Müzakirələrin
sonunda müvafiq qərar qəbul edilib.
Nəsr nominasiyası üzrə
Mustafa Çəmənlinin "Ölüm mələyi",
Pərvinin "Qar yağacaq";
Poeziya nominasiyası üzrə
Adil Cəmilin "Yurd yerim - dərd yerim", Elçin
İsgəndərzadənin "Qürbət hücrəsində";
Ədəbi-tənqid və
publisistika əsərləri üzrə Rüstəm
Kamalın "Sözü işığa danışdım",
Əsəd Cahangirin "Kim yatmış, kim oyaq?";
Bədii tərcümə
nominasiyası üzrə Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin
“Kuman nəğməsi" kitabı qalib elan olunublar.
"Qızıl Kəlmə" Ədəbi
Mükafatı çərçivəsində
"Şans" ödülünə isə Qismətin
"Meqapolis hüznləri", Elnarə Akimovanın
"Yeni təfəkkür və ədəbi tənqid"
kitabları layiq görülüb.
Qalibləri təbrik edirik.
Mədəniyyət.-
2013.- 3 may.- S. 4.