Bölgələrdə kitab bayramları

 

Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Xalqa bağlanan ömür devizi altında kitab bayramı keçirilib.

Tədbirdə çıxış edənlər müasir Azərbaycan dövlətinin banisiqurucusu Heydər Əliyevin zəngin həyatı və fəaliyyətindən, ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Kitab bayramında 400-ə yaxın nəşr, o cümlədən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Azərbaycan şair və yazıçılarının seçilmiş əsərləri nümayiş etdirilib, ədəbi-bədii kompozisiya göstərilib.

* * *

 

Ağstafa Rayon Mərkəzi Kitabxanasında Azərbaycan xalqının ümummilli liderinin 90 illik yubileyi münasibətilə kitab bayramı keçirilib. Tədbirdə ulu öndərin həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi təşkil olunub.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətindən söz açıblar. Rayon məktəblilərinin, uşaq bağçalarının kollektivlərinin ifasında ulu öndərə həsr edilmiş şeirlər, göstərdikləri kiçik tamaşalar tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

 

Mədəniyyət.- 2013.- 3 may.- S. 5.