Ulu öndərin xatirəsi anılıb

 

   Aprelin 30-da Mərdəkan qəsəbəsindəki Nizami adına Mədəniyyət Mərkəzində ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Əsrin Heydər tarixi” adlı yubiley tədbiri keçirilib.

   Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun həyat və fəaliyyətini əks etdirən film göstərilib. Sonra “Mərdəkan” xalq teatrının aktyorlarının ifasında Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından parçalar səslənib, “Mərdi-Məkan” ansamblının solistlərinin ifasında mahnılar ifa olunub.

   Tədbirdə qəsəbənin mədəniyyət müəssisələrinin əməkdaşları, veteranlar şurasının üzvləri və məktəb şagirdləri iştirak ediblər.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2013.- 3 may.- S. 6.