Ekoturizm təbiətlə aktiv təmasdır

 

   Elman Yusifov: “Azərbaycanın bu sahədə geniş imkanlarından səmərəli istifadə etməliyik”

  

   «Qafqaz dünyada tayı-bərabəri olmayan bir ekosistemdir, Azərbaycan isə bu ekosistemin böyük parçasıdır». “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri Elman Yusifov bizimlə söhbətə bu sözlərlə başladı. Tanınmış ekoloq suallarımızı cavablandırmaqla yanaşı, təbiətimizə vurğunluq, mədəni irsimizə hörmət üzərində köklənən vətəndaş mövqeyini də nümayiş etdirdi:

  

   - Azərbaycanın turizm potensialı çox genişdir. Bunun əsas səbəbi ölkəmizin yerləşdiyi ərazinin zəngin geoloji tarixi, landşaft müxtəlifliyi dəniz-quru nisbətinin unikallığından yaranan xüsusi iqlim tipləridir. Bu zənginliyin bir səbəbi ölkə üzrə yüksəklik fərqinin çox olmasıdır. Azərbaycanın Saatlı, Sabirabad, İmişli kimi əraziləri dəniz səviyyəsindən 20-30 metr aşağı olduğu halda, digər ərazilər dəniz səviyyəsindən min metrlərlə yüksəkdədir. Bu səbəbdən hər bölgədə özünə xas flora fauna yaranır. Azərbaycan çox zəngin bioloji müxtəlifliyə malikdir. Təkcə elə 4500 bitki, 20 mindən artıq fauna növü var ki, bu da Qafqazın bioloji müxtəlifliyinin təxminən yarısından çoxunu təşkil edir. Bu növlərin bir hissəsinə dünyada yalnız Azərbaycanda rast gəlinir. Bizdə dünyanın heç bir yerində rast gəlinməyən unikal təbiət hadisələri - yanar su, yanar torpaq, yanar daş kimi çox nadir geoloji təbiət abidələri var. Dünyada mövcud olan 1200-ə yaxın palçıq vulkanlarının 400-500-ü Azərbaycandadır. Təbiət bizə bu baxımdan böyük bir nemət verib.

   - Bu zənginlik mədəni ekoloji turizmi inkişaf etdirmək üçün zəmin yaradır...

   - Bu turizm növlərini canlandırmaq üçün kifayət qədər imkanlarımız var. Mədəni irsimiz həddindən artıq zəngindir. Azərbaycanda bəşəriyyətin beşiyi, sivilizasiya məskəni olan tarixi yerlər mövcuddur. Qədim Kür-Araz, Mingəçevir, Naxçıvan, Gədəbəy mədəniyyəti hələ öyrənilir. Azərbaycanda erkən dini inanclar - totemizm, animizmlə, habelə zərdüştlüklə, xristianlıqla bağlı müxtəlif tarixi abidələr mövcuddur. Təkcə bir faktı deyim, İsa Məsihin həvarilərindən üçü (müqəddəs Yelisey, Varfolomey, Faddey) Azərbaycan ərazisində olub, burada xristianlığı yayıblar. Şəkinin Kiş kəndindəki müqəddəs Yelisey kilsəsi bunun yadigarlarındandır. Cənubi Azərbaycanın Maku şəhəri yaxınlığında müqəddəs Faddeyin kilsəsi (“Qara Kilsə”) bu günümüzə qədər qalmaqdadır. Bu tarixi faktlar xarici turistlər üçün çox maraqlı məlumatlardır.

   - Bütün bunları turizm məhsulu şəklinə salıb geniş təbliğatını aparmaq üçün etmək lazımdır?

   - Bu məlumatları sistemləşdirib onların marketinqini qurmaq çətin işdir, Azərbaycanda turizm ənənəsi yeni yaranır. Düzdür, qədim dövrlərdə ölkəmizə dünyanın hər yerindən səyyahlar gəlib. Ancaq müasir turizm tamam fərqlidir yeni yanaşma tələb edir. Bu səbəbdən görüləsi işlər çoxdur. Uzaqdan Azərbaycan çox gözəl görünür. Təbliğat aparılır, amma gələn turist axınını biz necə qarşılayıb yola salacağıq, onlar bizdən razı gedəcəklərmi, bax aktual olan budur.

   - Bu istiqamətdə həlli vacib olan əsas problemlər hansılardır?

   - Bəzi abidələrimizdə təbii faktorların təsiri ilə aşınma gedir, bəzilərində bərpaya ehtiyac var. Bəzən isə vandal insanlar dəfinə pul axtarmaqla bu abidələri məhv edirlər. Mədəniyyət Turizm Nazirliyi bu istiqamətdə işlər görür, ancaq böyük turist axını istəyiriksə, bu sahələrdə qüsur olmamalıdır. Digər problem isə, bizim mədəni irsimiz haqqında məlumatların tam, dolğun səhih olmamasıdır. Bəzən hansısa bir mənbədə göstərilən yeri axtarıb tapmaq müşkül olur. Yerli sakinlər sonradan deyirlər ki, 30 il bundan əvvəl var idi, indi yoxdur. Halbuki bizim mənbələrimizdə o mədəni abidə kimi göstərilir. Siz indi təsəvvür edin, xarici turist gəlir, həmin kitabı götürüb gedir, baxır ki, o yerdə abidə yoxdur.

   - Bəs bu səhv məlumatlar o kitablarda niyə verilir?

   - 30-40 il əvvəl doğrudan da həmin abidələr göstərilən yerlərdə olub. Sonradan keçid iqtisadiyyatı oldu, ölkədə müəyyən xaos yarandı. Bu abidələrin bəziləri fiziki cəhətdən aşındı, sel apardı, bəzilərini isə insanlar məhv etdilər. Məsələn, Çıraqqala ətrafındakı sədlərin demək olar ki, heç biri yoxdur.

   - Problemin həll yolu kimi tövsiyə edərdiniz?

   - Öncə bu abidələrin monitorinqi aparılmalıdır. Biz bilməliyik, nəyimiz var-nəyimiz yoxdur. Digər tərəfdən, mövcud abidələrin bir hissəsi baxımsız vəziyyətdədir. Məsələn, Gədəbəyin Qala kəndi ərazisində Koroğlu qalası var. XV əsrə aid çox unikal abidədir. Amma onun yan-yörəsində mal-heyvan otarılır, ocaq yandırılır, nəticədə aşınıb gedir. Əslində isə bu abidə çəpərə alınmalı, qorunmalıdır. Gədəbəydə belə abidələr çoxdur. Bir məqamı da qeyd etmək istəyirəm ki, abidələrin təmir-bərpasını apararkən texniki şərtlərə dəqiq əməl olunmalı, ətraf mühit, rütubət s. təbii amillər ciddi nəzərə alınmalıdır.

   Bizim ekoturizmlə bağlı təbliğat vəsaitlərimiz yetərli deyil. Bu sahədə çox işlər görülməlidir. Xəritələr, turist-bələdçi kitabları işlənib hazırlanmalıdır.

   - Berlində keçirilən turizm sərgisində siz iştirak etmisiniz. Orada ayrıca ekoturizm stendimiz var idi. Ziyarətçilərin, xarici ölkə təmsilçilərinin Azərbaycana marağı hansı səviyyədə oldu?

   - Berlin sərgisində «Ekostil-Azərbaycan» İctimai Birliyinin təmsilçisi kimi iştirak edirdim. Təşkilatımız Azərbaycanın ekoturizm imkanları barədə məlumatları yayır. Facebook səhifəmizdə ölkəmizin florası, faunası, landşaftı haqda Azərbaycan ingilis dillərində məlumatlar veririk. Etiraf edim ki, Berlin sərgisində Azərbaycan adına qürur duydum. Ölkəmiz yüksək səviyyədə təmsil olundu. Almaniya televiziyaları stendlərimizi göstərirdilər, ziyarətçilər axışırdı. Qafqaz respublikaları arasında Azərbaycanın stendi müqayisəyəgəlməz dərəcədə gözəl maraqlı idi. Xüsusilə mədəni proqramımız yaddaqalan oldu. İlk dəfə idi ölkəmiz bu sərgidə ekoturizm stendi ilə təmsil olunurdu. Dağ turizmi ilə bağlı çoxlu suallar verirdilər, Azərbaycanın təbiəti, iqlimi ilə maraqlanırdılar.

   - Azərbaycanda ekoturizmin inkişafına mane olan səbəblər hansılardır? Niyə belə imkanlarımız olduğu halda, bu sahə zəif inkişaf edib?

   - Ekoturizm yol çantasını çiyninə atıb təbiətlə təmasda olmaqdır, təbii ki, təbiətə ziyan vurmamaq şərti ilə. Adətən bütün dünyada ekoturizm milli parkların ərazisində olur. Bizdə ölkə başçısının sərəncamlarına əsasən milli parklar yaradılıb. Amma bəzən elə vəziyyət yaranır ki, milli parkın ərazisinə daxil olmaq müşkülə çevrilir. Müxtəlif arayışlar, sənədlər, sığorta s. ekoturizmə mane olan faktorlardır. Tutaq ki, hər hansı bir şirkət turist qrupunu gətirib milli parka. Burada onlardan tibbi arayış, sığorta istəyirlər. Özlərinin bələdçilərini təklif edirlər, özü yüksək qiymətə. Bütün bunlar, ümumiyyətlə, turizmin inkişafını əngəlləyir.

   - Ekoturizm turistin aktiv təbiətlə təmasıdır, amma bu zaman təbiətə ziyan vuranlar da olur. Dünya təcrübəsində bunun qarşısını necə alırlar?

   - Bu çox mühüm məsələdir. Burada obyektiv subyektiv problemlər var. Əvvəla, onu qeyd edim ki, milli parkların özünəməxsus xüsusiyyətləri var. Milli parkın nüvəsi olmalıdır. Ora bağlı bir yerdir turist daxil ola bilməz. Ondan sonra bufer, daha sonra isə rekreasiya zonası gəlir. Milli parkın içərisində istirahət etmək, isə bişirmək s. üçün yerlər müəyyənləşdirilir. Bütün bunlar isə milli park rəhbərliyi tərəfindən qaydaya salınır. Xarici ölkələrdə milli parklara daxil olarkən turistlərin çantalarındakı əşyalar sayılır. Əşyaların əskik olması o deməkdir ki, turist onu harasa atıb. Buna görə həmin insan cərimələnir. Digər tərəfdən, insanlarda ekoloji mədəniyyəti formalaşdırmaq lazımdır. Onlar dərk etməlidirlər ki, təbiət tək onların deyil. Təbiət onların övladlarına, nəvələrinə qalacaq. Azərbaycan insanı tarixən təbiətə, abidələrə qarşı həmişə diqqətli olub. Adi bir misal deyim, ölkəmizdə yaşı yüz illərlə ölçülən ağaclar var. İllərlə babalarımız bu ağaclara toxunmayıblar, amma bu gün kimsə odun deyib onu kəsir. Ona görə insanlar arasında ekoloji maarifləndirmə aparılmalı təbiətin onun üçün vacib bir komponent olduğu onlara çatdırılmalıdır.

  

 

   Fəxriyyə Abdullayeva

 

    Mədəniyyət.- 2013.- 3 may.- S. 9.