Kuklaların teatr aləmi

 

   Azərbaycan peşəkar milli teatrının yaranmasından 140 il ötür. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da teatrlarımız rəngarəng repertuarla, maraqlı səhnə əsərləri ilə tamaşaçı rəğbəti qazanmağa, auditoriyasını genişləndirməyə çalışırlar. Bu sırada Naxçıvan Dövlət Kukla Teatrının da özünəməxsus yeri var.

  

   Teatrın direktoru, Xalq artisti Yasəmən Ramazanova qəzetimizə müsahibəsində sənət ocağının fəaliyyətindən, yaradıcılıq işlərindən söz açdı.

   - Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradılıb. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə 2004-cü ildə sənət ocağına Naxçıvanda peşəkar teatrın yaradıcılarından olan Məhəmməd Tağı Sidqinin adı verilib. Teatrda bu günədək 70-ə qədər tamaşa səhnələşdirilib. Kollektiv hər il 4-5 tamaşa səhnələşdirir. Hər rübdə yeni səhnə əsəri ilə balaca tamaşaçıların görüşünə gəlirik. Uşaqların tamaşaları sevməsi üçün əsərin maraqlı təqdimatı, balacaların maraq dairəsinə uyğunluğu, onları düşündürməsi, əyləndirməsi s. məqamlar nəzərə alınır. Bu mənada çalışırıq ki, onların mənəvi dünyasına nüfuz edək, qayğısız uşaqlıq illərinin ən xoş anlarını bizimlə yaşamasına imkan yaradaq. Ötən il Minaxanım ƏkrəmqızınınUf-uf xanım”, Zaur VedilininMeşə macəraları”, Səbuhi HüseynovunNovruz əfsanəsi”, “Seymurun sirli dünyası Elxan YurdoğlununGünəş ziyasıəsərlərini səhnələşdirdik. Tamaşalar həm uşaqlar, həm valideynlər tərəfindən çox maraqla qarşılandı.

   - Bu il balacalar hansı tamaşaları izləyə biləcəklər?

   - Səbuhi HüseynovunSeymurun sirli dünyası”, Nağı İsmayılzadəninAğca Bozca”, Cavad CavadlınınTovuzquşunun nəğmələri”, Şirməmməd Qüdrətoğlunun atlı oğlanəsərlərini səhnələşdirəcəyik. Seçilən əsərlərdə ibrətamiz söhbətlərə, tərbiyəvi məsələlərə xüsusi diqqət yetiririk. “Uşaqların qəlbi kağız parçasıdır”-, deyirlər. Doğrudan da belədir, yazılsa, qəbul edəcək yaddaşına hopacaq. Bu mənada kukla teatrları uşaqların tərbiyəsinə, formalaşmasına mühüm təsir imkanlarına malikdir. Repertuarda Azərbaycan klassiklərinin, eləcə Naxçıvanda yaşayıb - yaradan müəlliflərin əsərlərinə yer ayırırıq. Cəlil MəmmədquluzadəninÇay dəstgahı”, Üzeyir HacıbəylininArşın mal alan”, Kəmalə AğayevanınMəlikməmmədəsərləri Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

   - Teatrın maddi-texniki bazasını yaradıcılıq fəaliyyəti tamaşaçı qəbulu üçün yetərli hesab etmək olarmı?

   - 2004-cü ildə teatr Naxçıvan şəhərinin mərkəzində yeni bina ilə təmin olundu, fəaliyyətimiz üçün hər cür şərait yaradıldı. Hazırda bu sarıdan problemimiz yoxdur. Tamaşaçı auditoriyasına gəldikdə isə, Naxçıvan Dövlət Kukla Teatrı artıq neçə illərdir ki, fəaliyyət göstərir, muxtar respublikada tanınır. Bundan əlavə, məktəblərlə, bağçalarla, valideynlərlə əlaqəmiz yüksək səviyyədə qurulub. Valideynlər uşaqlarının dünyagörüşünün artırılmasında, onların tərbiyəsində teatrın əhəmiyyətini dərk edirlər. Qiymətlər münasibdir. Bu mənada teatrımız tamaşaçı problemi yaşamır.

   - Qastrollara necə, gedirsinizmi?

   - Teatr dəfələrlə Türkiyədə, İranda qastrol səfərlərində olub. 2006-cı ildə İranın Tehran şəhərində beynəlxalqFəcrteatr festivalında Aybəniz AğaqızınınƏshabi-kəhftamaşası, 2008-ci ildə Təbrizdə beynəlxalq kukla teatrları festivalında Cəlil MəmmədquluzadəninÇay dəstgahı”, 2009-cu ildə Türkiyənin Bursa şəhərindəQaragözkukla kölgə oyunları festivalında, 2010 2012-ci illərdə isə Tacikistanın paytaxtı Düşənbədə beynəlxalq festivaldaKuklaların fantaziyasıtamaşası ilə iştirak etmişik. Eyni zamanda, muxtar respublikada təşkil olunan dövlət tədbirlərində, rayon kənd məktəbliləri qarşısında çıxış edirik.

   - Müxtəlif nağıl personajlarını xarakterləri canlandırmaq üçün səhnə geyimləri, kuklalar lazım gəlir. Bu məsələləri necə həll edirsiniz?

   - Teatrımızda çox istedadlı kukla rəssamlarımız, dərzi butaforlarımız var. Tamaşa üçün lazımdırsa, hamısı teatrda hazırlanır. Onlar artıq öz işlərində püxtələşiblər. Hər biri öz işinin ustasıdır. Gəncləri öz sıralarımıza cəlb etməyə, onların yaradıcı fikirlərindən yararlanmağa çalışırıq. Hazırda teatrda fəaliyyət göstərən 10 aktyordan 5-i gəncdir.

  

 

   Ceyhun Zərbəliyev

 

    Mədəniyyət.- 2013.- 3 may.- S. 11.