Beyləqanda
ulu öndərə həsr olunmuş tədbir
Beyləqan rayon Mədəniyyət
sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
ilə əlaqədar tədbir keçirildi.
Mərasimi Beyləqan Rayon İcra
Hakimiyyətinin başçısı Vaqif Abdullayev
açaraq dahi rəhbərin ölkəmizin çiçəklənməsi,
inkişafı yolunda tarixi xidmətlərindən
danışdı. Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri
Məzahir Qarayev ulu öndərin mədəniyyət sahəsinə
göstərdiyi diqqət və qayğıdan bəhs etdi.
Tədbirdə iştirak edən
xalq artistləri Nurəddin Mehdixanlı, Laləzər
Mustafayeva ümummilli liderə həsr olunmuş şeirlər
söylədilər. Əməkdar artistlərdən
Gülyanaq Məmmədova, Əbülfət Oğuz, Lalə
Məmmədova, Elza Seyidcahan, Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrının solisti Firuzə Quliyeva, Əbülfət
Məmmədov (saz), vokalçı Vaqif Şıxəliyev və
başqaları öz ifaları ilə tədbiri rövnəqləndirdilər.
Mahnı Teatrının solistləri, Əməkdar artist Kamil
Vəzirovun rəhbərliyi ilə səsləndirilən rəqs
və mahnılar böyük alqışlarla
qarşılandı.
Cəbrayıl
Məmmədov,
Beyləqan rayon Mədəniyyət
sarayının
direktoru
Mədəniyyət.-
2013.- 3 may.- S. 13.