Qafar Sarıvəllinin fərdi sərgisi

 

Aprelin 30-da Qazax Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Qafar Sarıvəllinin sərgisi keçirilib. Ombudsman Elmira Süleymanova, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə rəssamın yaradıcılığından, Azərbaycan təsviri sənətinin inkişafından söz açılıb.

Çıxışlardan sonra sərgiyə baxış keçirilib.

Qafar Sarıvəlli 1956-cı ildə Qazaxda anadan olub. 2002 2005-ci illərdə fərdi sərgiləri keçirilib, 100-dən artıq kitaba tərtibat verib, illüstrasiyalar çəkib. 1996, 2001 2005-ci illərdə rəsmlər toplusundan ibarət kataloqları çap olunub, yüzlərlə rəsm əsərinin müəllifidir.

 

 

Mədəniyyət.- 2013.- 3 may.- S. 13.