Ağsuda yubiley tədbirləri
Ağsu Mədəniyyət sarayında rayon musiqi məktəbinin müəllim
və şagirdlərinin
ifasında ümummilli
lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş konsert olub.
Tədbirdə musiqi məktəbinin
direktoru Cavanşir Şeydazadə çıxış
edərək ulu öndərin Azərbaycan
mədəniyyətinin inkişafındakı
misilsiz xidmətlərindən,
sənət adamlarına,
peşəkar bəstəkarlara,
ifaçılara verdiyi
yüksək dəyərdən
bəhs edib.
Konsert proqramında Qara Qarayevin “Anadan olma günü”, Nailə Mirməmmədlinin
“Azərbaycan bayrağı”
və s. mahnılar səslənib. Rəngarəng repertuarlı proqramda
ulu öndər Heydər Əliyevin sevdiyi “Alagöz” mahnısı, habelə ümummilli liderə həsr olunmuş şeirlər də oxunub. Xanəndə Kamil Ağayev, tarzən Nicat Umbayev, fortepianoda Mehriban Orucovanın və başqalarının
ifaları dinləyicilər
tərəfindən alqışlarla
qarşılanıb.
* * *
Aprelin
30-da Ağsu rayon Mərkəzi
kitabxanasında da ümummilli
liderin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev
müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib.
Rayon
ziyalıları, gənclər və oxucuların iştirak etdiyi tədbiri MKS-nin direktoru Cəbrayıl
Bədəlov açaraq ölməz liderin həyat və fəaliyyətindən
danışıb. 3 saylı məktəbin müəllimələri
Yeganə Cəlilova, Bircahan Məmmədova,
4 saylı məktəbin müəllimi Sənan Nemətov,
Mərkəzi kitabxananın Uşaq
şöbəsinin işçisi Rəvan
Eminov ulu öndərin
dövlət quruculuğu və mədəniyyət
sahəsində gördüyü işlərdən
bəhs ediblər. Sonda tədbir
iştirakçıları dahi rəhbərə
həsr olunmuş kitab
sərgisi ilə tanış olublar.
Mədəniyyət.-
2013.- 3 may.- S. 13.