“Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu

 

   Aprelin 29-da Astara rayon Mərkəzi kitabxanasında “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğumövzusunda dəyirmi masa keçirilib.

   Tədbiri giriş sözü ilə mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov açaraq ulu öndərin mədəniyyətə diqqət və qayğısından danışıb.

   Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğumövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına, o cümlədən kitabxana işinin müasir səviyyəyə qaldırılmasına xüsusi diqqət və qayğı göstərib. Rayon, şəhər, qəsəbə və kəndlərdə yeni kitabxana binaları tikilib istifadəyə verilib. Astara rayon Mərkəzi kitabxanası son 15 ildə fəaliyyətini xeyli canlandırıb, nümunəvi mədəniyyət ocağına çevrilib.

   Tədbirdə kitabxananın uşaq şöbəsinin müdiri Növrəstə Məmmədova, metodikabiblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, MKS-nin direktor müavini İlyas Məmmədov, “Astara” qəzetinin redaktoru Sakitağa Kərimov çıxış edərək ulu öndərin mədəniyyətə göstərdiyi diqqət və qayğısından minnətdarlıq hissi ilə danışıblar.

  

 

   Natəvan Mədətzadə,

   Astara rayon MKS-nin əməkdaşı

 

   Mədəniyyət.- 2013.- 3 may.- S. 13.