Xətai rayonunda “Səyyar kitab

 

   “Hədəf Nəşrləri”nin sərgi-yarmarkaları davam edir

  

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və “Hədəf Nəşrləri”nin paytaxtda təşkil etdiyi “Səyyar kitab” sərgi-yarmarkasının növbəti - beşinci dayanacağı Xətai rayonu olub. Aprelin 30-da Xətai rayonu Heydər Əliyev parkında baş tutan yarmarkada mindən çox adda, Azərbaycan, ingilis, türk və rus dillərində kitablar təqdim olundu. Kitabların güzəştli qiymətlərlə satışı ilə yanaşı, “bir kitab alana biri hədiyyə” kampaniyası da keçirildi, eyni zamanda, sakinlərə kitablar hədiyyə olundu.

   Sərgi-yarmarkanın keçirilməsində məqsəd sakinləri kitabçılıq sahəsində olan yeniliklərdən xəbərdar etməkdir. Oxucular “Hədəf Nəşrləri”nin, habelə müxtəlif yerli və xarici nəşriyyatların çap məhsullarını münasib qiymətə əldə etmək imkanı qazanırlar.

 

 

    Mədəniyyət.- 2013.- 3 may.- S. 15.