Bir millət - iki dövlət
TRT-nin məşhur musiqi kollektivi Heydər Əliyev Sarayında ümummilli liderin 90 illik yubileyi münasibətilə
möhtəşəm konsert
proqramı ilə çıxış etdi
Mayın 1-də Heydər Əliyev Sarayında Türkiyə Radio və Televiziyasının (TRT) “Axşam
səfası” musiqi kollektivi geniş konsert proqramı ilə çıxış
etdi. "Bir millət, iki dövlət" adlı konsert ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə
təşkil edilmişdi.
Dövlət və hökumət
rəsmiləri, millət
vəkilləri, ölkəmizdə
akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri, incəsənət,
ədəbiyyat, media mənsubları,
çoxsaylı azərbaycanlı
və türkiyəli
musiqisevərin izlədiyi
proqram rəngli görüntülərlə yadda
qaldı.
14 il
əvvəl yaradılmış
TRT-nin musiqi qrupu Bakıya 40 nəfərlik heyətlə
gəlmişdi. Qrupun tərkibində
fəaliyyət göstərən
bir-birindən gözəl
səsə malik solistlərin təqdim etdikləri Azərbaycan və türk mahnıları musiqisevərlərin
zövqünü oxşadı.
Gecədə TRT-nin məşhur
sənətçiləri ilə
yanaşı, Azərbaycan
müğənniləri də
səhnəyə çıxdılar.
Səhnəyə birinci dəvət
olunan Azərbaycanın
Xalq artisti Alim Qasımov və sənətkarın
qızı, Əməkdar
artist Fərqanə Qasımovanın
ifa etdikləri mahnılar alqışlarla
qarşılandı. Müğənnilər ecazkar ifaları ilə konsert iştirakçılarının qəlbini sehrlədi.
Sonra TRT-nin “Axşam
səfası’’ ansamblı,
TRT Müzik kanalının
musiqi heyəti paytaxtımızın baş
səhnəsindən Anadolu
rüzgarı ilə sənətsevərlərin ruhunu
oxşadı. Konsertdə həmçinin
Əməkdar artist Tünzalə
Ağayeva, Türkiyənin
Azərbaycanda yaşayan
opera sənətçisi Oya
Ergünün ifaları
dinlənildi. Bütün musiqi
nömrələri, xüsusilə
Tünzalə Ağayevanın
ifasında “Sarı gəlin” xalq mahnısı tamaşaçıların
böyük alqışını
qazandı. Konsert zamanı
səhnədə quraşdırılmış
monitorda paytaxtımızın
gözəlliyini əks
etdirən görüntülər
nümayiş olunurdu.
Qeyd edək ki, konsert proqramı TRT Avaz və TRT Müzik kanalları və İctimai Televiziya ilə canlı yayımlanırdı.
Mədəniyyət.-
2013.- 3 may.- S. 16.