Fortepiano ifaçılarının müsabiqəsi

 

Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə 2-ci respublika müsabiqəsi keçirilir. Aprelin 29-da keçirilən seçim turunun II mərhələsində böyükkiçik yaş qrupunda ümumilikdə 12 ifaçı növbəti mərhələyə vəsiqə qazanıb. Mayın 8-də Bakı Musiqi Akademiyasının böyük zalında keçiriləcək qala-konsertdə qaliblər elan ediləcək.

 

 

Mədəniyyət.- 2013.- 3 may.- S. 4.