Böyük öndərə həsr olunmuş sərgi

 

   Mayın 7-də Azərbaycan Rəssamlar İttifaqında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgi-müsabiqə təşkil olunub. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov ulu öndərin yubileyi münasibətilə açılan sərginin yaradıcı insanlar üçün əlamətdar hadisə olduğunu bildirib.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazirliyin və Rəssamlar İttifaqının birgə keçirdikləri belə tədbirlərin davamlı olacağını bildirib. Vurğulanıb ki, Azərbaycan rəssamlarının Heydər Əliyevə həsr etdikləri rəsm əsərləri dünyanın ən nüfuzlu sərgilərində nümayiş olunub. Təqdim olunan sərgidə Azərbaycan rəssamlarının ümummilli lider Heydər Əliyevə həsr etdikləri rəngkarlıq, qrafikadan ibarət 50-dək rəsm əsəri nümayiş etdirilir.

   Fırça ustalarının ümummilli liderin xalçaağac üzərində qeyri-adi materiallardan hazırladıqları portretləri böyük maraq doğurub.

 

 

    Mədəniyyət.- 2013.- 8 may.- S. 2.