Ağstafada aşıq sənəti festivalı
Ağstafa rayonunda Mədəniyyət
və Turizm Nazirliyinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 7-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş aşıq sənəti festivalı keçirilib.
İştirakçılar əvvəlcə ümummilli liderin abidəsi önünə
tər çiçək
dəstələri qoyaraq
xatirəsini ehtiramla yad ediblər.
Tədbir Səməd Vurğun adına parkda
qədim musiqi alətimizi ədədiləşdirən
“Saz” abidəsinin açılışı ilə
başlayıb. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm
Quliyev çıxış
edərək ulu öndərin həyat və fəaliyyətindən,
sənət və sənətkarlara verdiyi qiymətdən danışıb.
Qeyd edib ki, bütün
sənət növləri
kimi, aşıq sənəti də dahi rəhbər tərəfindən həmişə
yüksək qiymətləndirilib,
bu diqqət-qayğı
indi də davam edir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Azərbaycan aşıq
sənəti UNESCO tərəfindən
bəşəriyyətin qeyri-maddi
mədəni irs siyahısına daxil edilib.
Tədbirdə
Xalq şairi Zəlimxan Yaqub, xalq artistləri Canəli Əkbərov, Tariyel Qasımov, Əməkdar artist Azad Şükürov
və başqaları
çıxış edərək
Ağstafada gördükləri
abadlıq və quruculuq işlərindən,
söz-sənət sahiblərinə
diqqət və qayğıdan danışıblar.
Tədbir iştirakçıları yerli incəsənət ustalarının Heydər
Əliyev prospekti boyu təşkil olunmuş çıxışlarına,
gül və rəsm sərgilərinə,
xalqımızın keçmişini
əks etdirən etnoqrafik lövhələrə,
idman yarışlarına
tamaşa ediblər.
Sonra Heydər Əliyev
Mərkəzinin zalında
konsert bayramı təqdim olunub. Tanınmış aşıqların və yerli incəsənət
ustalarının çıxışı
alqışlarla qarşılanıb.
Mədəniyyət.-
2013.- 8 may.- S. 2.