Sənətə rəhbər qayğısı

 

Mayın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Muzeyin direktoru Alla Bayramova ulu öndərin mədəniyyətimizə göstərdiyi qayğıdan, musiqimuzey işinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Digər çıxış edənlər ümummilli liderin hakimiyyətdə olduğu dövrlərdə mədəniyyətin və incəsənətin ayrı-ayrı sahələrində görülən işlərdən söz açıblar. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şoudahi rəhbərin Niyazinin ev-muzeyinin açılışındakı iştirakını əks etdirən videosüjet nümayiş etdirilib.

Mərasim Azərbaycan xalq mahnıları və bəstəkar əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb. Muzeyin foyesində Ümummilli lider Heydər Əliyev və mədəniyyətimiz mövzusunda sərgi nümayiş olunub.

 

 

Mədəniyyət.- 2013.- 8 may.- S. 3.