Tariximizdə əbədi yaşayacaq
Mayın 7-də
Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzində
görkəmli dövlət
xadimi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə
iştirakçılar “Heydər
Əliyev-90” adlı kitab
sərgisi ilə tanış oldular.
Mərkəzin direktoru Ramazan
Şabanov tədbiri açaraq dahi öndərin Azərbaycanın
çiçəklənməsi yolunda tarixi xidmətlərindən söz
açdı. Vurğuladı ki, dahi şəxsiyyət
öz əməlləri
ilə adını Azərbaycanın tarixinə
əbədi olaraq yazıb. Onun keçdiyi həyat
yolu tariximizin özüdür. Qeyd
olundu ki, ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrü
respublikanın tarixinə
siyasi, iqtisadi, mədəni yüksəliş
illəri kimi daxil olaraq, xalqın
milli şüurunun oyanışına güclü
təkan verdi.
1993-cü ildə xalqın
istəyi ilə ölkə rəhbərliyinə
qayıdan Heydər Əliyev üzləşdiyi
çətinliklərə və maneələrə cəsarətlə sinə
gərərək, mübarizlik,
əyilməz iradə
və dəmir məntiq, özünəinam
və siyasi uzaqgörənliklə xalqımızı
vətəndaş qarşıdurmasından,
müstəqilliyimizi itirilmək
təhlükəsindən qurtardı,
müasir tariximizə
dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu.
Müdafiə Nazirliyinin Tərbiyə işləri idarəsinin rəis müavini, Əməkdar incəsənət
xadimi, polkovnik Abdulla Qurbani bütün gücünü xalqına
inamından alan, taleyi Azərbaycanın taleyindən ayrılıqda
dərk edilməyən
ulu öndərin bəşəriyyətin ən
nüfuzlu dövlət
xadimlərindən biri
olduğunu vurğuladı:
“Heydər Əliyevin böyüklüyü ondadır
ki, o, hər hansı tarixi xronologiya çərçivəsinə
sığan şəxsiyyət
deyildi. Ümummilli liderimiz öz zamanının və məkanının çərçivəsinə
sığmayan, genişmiqyaslı
şəxsiyyət idi.
Heydər Əliyevin birinci rəhbərliyi dövründə Azərbaycan
müstəqil deyildi,
müstəqil Azərbaycan
haqqında yalnız düşünmək, müstəqilliyin
mənəvi, mədəni,
iqtisadi əsaslarını
yaratmaq olardı. Bu nöqteyi-nəzərdən 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə yetkin, idarəetmə sahəsində təcrübəli,
qətiyyətli xarakterə,
güclü intellektə
malik bir şəxsin gəlməsi
Azərbaycan xalqının
qisməti idi. Məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində
Azərbaycan kiçik
xammal respublikasından
böyük sənaye
mərkəzinə çevrildi”.
Tədbirdə
çıxış edən
Azərbaycan Yazıçılar
Birliyi Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, şair Ramiz Məmmədzadə, Sosialist Əməyi Qəhrəmanı Ömər
Ağayev və başqaları ulu öndərin mənəvi
keyfiyyətlərindən söz
açdılar, xatirələrini
bölüşdülər. Çıxışlarda vurğulandı
ki, dahi öndərin siyasi kursu bu gün
ölkəni uğurla
inkişafa aparır. Onun müəyyənləşdirdiyi
strategiyanın nəticəsidir
ki, Azərbaycan gündən-günə çiçəklənir.
Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan muğamları,
xalq mahnıları səsləndirildi.
Ceyhun
Mədəniyyət.-
2013.- 8 may.- S. 5.