İki dahinin dostluğu
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə L. və M. Rostropoviçlərin ev-muzeyində mayın 7-də “Açıq qapı günü” elan edilib. Həmin gün Bakı Musiqi Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri, “Avropa” liseyi, 189 nömrəli orta məktəbin şagirdləri muzeyi ziyarət ediblər. Paytaxtımızın əcnəbi qonaqları da muzeydə olublar. Qonaqlar üçün “Heydər Əliyev və Mstislav Rostropoviçin dostuq əlaqələri” mövzusuna ekskursiya keçirilib, bu iki dahi insan arasında ötən əsrin 70-ci illərindən başlamış mehriban münasibətlərdən söz açılıb. Bildirilib ki, Heydər Əliyev sovet Azərbaycanının rəhbəri olanda Rostropoviçin sıxışdırıldığı çətin dövrdə onu Bakıya dəvət edərək, konsertlərini təşkil edib. Bu dostluq Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə daha da möhkəmlənib.
Qonaqlar
iki böyük şəxsiyyətin
bir-birilərinə yazdıqları məktublar, sənədlər
və fotoşəkillərdən hazırlanmış sərgiyə
tamaşa ediblər. “Heydər Əliyev və
Mstislav Rostropoviç”
adlı sənədli film də maraqla qarşılanıb.
Mədəniyyət.-
2013.- 8 may.- S. 5.