Heydər Əliyev və Azərbaycan kinosu

 

   Mayın 4-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Film Fondunun, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə ulu öndərin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosumövzusunda konfrans keçirildi.

  

   Kinomuzun böyük dayağı

  

   Tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova açaraq Heydər Əliyevin Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlərindən danışdı. “Əgər biz Heydər Əliyevin genişmiqyaslı fəaliyyətinə nəzər salsaq, görərik ki, Azərbaycan kinosu hər zaman onun diqqət mərkəzində olub. O, Azərbaycan kinosuna böyük dayaq olub, hətta bəzi filmlərin aqibətini həll edib”, - deyən Şəfiqə Məmmədova ulu öndərin qayğısı sayəsində milli kinematoqrafiyamızın böyük bir yol keçdiyini, kino işçilərinin sosial məsələlərinin həll olunduğunu, onlara fəxri adların, mükafatların, Prezident təqaüdlərinin verildiyini bildirdi.

   Qeyd olundu ki, Heydər Əliyevin sərəncamı ilə 2 avqustun Milli Kino Günü kimi təsis edilməsi Azərbaycan kinematoqrafçılarına və Azərbaycan kinosuna ən böyük hədiyyədir. Bildirildi ki, Azərbaycan kinematoqrafçıları da dahi rəhbərin bu diqqətinə minnətdarlıq nümunəsi olaraq onun yorulmaz fəaliyyətini əks etdirən sənədli filmlər lentə alıblar. Kinoittifaqın sədri görkəmli rejissor Vaqif Mustafayevin ulu öndər haqqında çəkdiyi filmləri böyük salnamə adlandırıldı.

   Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai TeleviziyaRadio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev “Heydər Əliyev və Azərbaycan kinosumövzusunda geniş məruzə ilə çıxış etdi.

   “115 il ərzində Azərbaycan kinosu şərəfli bir yol keçib, salnaməsi yaranıb. Bu kino salnaməsinin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz, misilsiz xidmətləri olmuşdur”, - deyən Cəmil Quliyev dahi rəhbərin respublikaya birinci dəfə rəhbərlik etdiyi, həmçinin müstəqil Azərbaycanın Prezidenti olduğu dövrlərdə kinonun inkişafına göstərdiyi tarixi xidmətləri diqqətə çatdırdı: “Bu böyük tarixi dövr ərzində ümummilli liderimiz Azərbaycan kinosuna böyük qayğı göstərmiş, onun təəssübkeşi, hamisi olmuşdur”.

   Qeyd olundu ki, ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən kinomuz yeni inkişaf yoluna qədəm qoydu, vaxtilə ekranlara buraxılmayan filmlər onun təşəbbüsü ilə ekrana çıxdı, Azərbaycan kinosunun ən maraqlı nümunələrindən biri olanBir cənub şəhərində” filmi məhz Heydər Əliyevin dəstəyi ilə ekran həyatı qazandı. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqudkimi ekran əsərləri meydana gəldi. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. Əgər 1969-cu ilə qədər Azərbaycan kinosunda yalnız bir nəfər Xalq artisti fəxri adı almışdırsa, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Tofiq Tağızadə, Həsən Seyidbəyli və neçə-neçə sənətkarlar Xalq artisti adına layiq görüldülər. 1976-cı ildə ulu öndərin təşəbbüsü ilə respublikamızda kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında tarixi qərar qəbul olundu. Məhz Heydər Əliyevin səyi nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyuldu.

   Cəmil Quliyev bildirdi ki, ulu öndərin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə dair ilk sərəncamlarından biri Dövlət Film Fondunun yaradılması barədə oldu ki, bununla da o, Azərbaycan filmlərini məhv olmaqdan qorudu. Natiq 1998-ci ildə “Kino haqqında” qanunun qəbul olunmasının əhəmiyyətini qeyd etdi: “Bu qanun Azərbaycan kinosunun hüquqi bazasını yaratdı. 2000-ci ildən biz ulu öndərin sərəncamı ilə peşə bayramımızı, 2 avqust - Milli Kino Gününü qeyd etməyə başladıq”.

   “Mən fəxr edirəm ki, bu günbu müdrik siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən Cəmil Quliyev ölkə başçısının kino sahəsi ilə bağlı sərəncamlar imzaladığını, Dövlət Proqramının qəbul olunduğunubu addımların artıq öz bəhrəsini verdiyini, kino sahəsində böyük layihələrin həyata keçirildiyini bildirdi.

   Konfransda çıxış edən tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə ümummilli liderin Azərbaycan kinosunun inkişafında göstərdiyi xidmətlərdən danışdı, milli kino tariximizin üzə çıxarılmasında, bu tarixin qəbul olunmasında ulu öndərin əvəzsiz rolu olduğunu bildirdi.

  

   Xüsusi təyinat”

  

   Konfransda dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını lentə alan görkəmli rejissor, Xalq artisti Vaqif Mustafayev çıxış etdi. Bildirdi ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə onun bilavasitə rəhbərlik etdiyi böyük layihələrdən biriBaykal-Amur Magistralının tikintisi olub: “Heydər Əliyevin bununla bağlı çoxlu xatirələri vardı. Bu barədə mənə çoxdan danışmışdı və demişdi ki, Baykal-Amur Magistralı haqqında 20 silsilə film çəkilib və o filmlərdən biri məni çox maraqlandırır, çünki o filmi mən özümheç görmədim, amma mənimlə bir yerdə BAM-a operator, rejissor getmişdi. Bundan sonra mən maraqlandım və öyrəndim ki, 20 film çəkilib, 19-u ekranlara çıxıb, biri yox. Qarşıma məqsəd qoydum ki, bu filmin heç omasa bir nüsxəsini tapım. Tapdım da. Filmə baxarkən başa düşdüm ki, nəyə görə onu ləğv ediblər. Çünki o film Heydər Əliyevin BAM səfərinə həsr olunmuşduo səfərdə Heydər Əliyevin bu layihədə mühüm rolu aydınca görünürdü”.

   Vaqif Mustafazadə ulu öndərin xatirələri əsasında bu filmi çəkmək qərarına gəlir. Heydər Əliyevdən bəhs edən onuncu sənədli film - “Xüsusi təyinat” belə yaranır.

   Yaradıcılığında Heydər Əliyev haqqında filmlərin xüsusi yer tutduğunu deyən rejissor ulu öndəri fenomen, nadir şəxsiyyət və qəhrəman kimi dəyərləndirdi. Tədbirin sonunda Vaqif MustafayevinXüsusi təyinat” sənədli filmi nümayiş olundu. Film Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrü əhatə edir. Onlarla mühüm əhəmiyyətli tapşırıqlarla yanaşı, Baykal-Amur Magistralı üzrə Dövlət Komissiyasının rəhbəri kimi Heydər Əliyevin vaxtilə "Əsrin tikintisi" adlandırılan nəhəng dəmir yolunun inşasını bərpa edərək onun başa çatdırılmasına nail olması filmin əsas süjet xəttini təşkil edir.

  

 

   Təranə Vahid

 

    Mədəniyyət.- 2013.- 8 may.- S. 6.