Azərbaycanın
turizm imkanları Dubay
sərgisində
Mayın 6-dan
9-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən
«ATM 2013» beynəlxalq turizm sərgisində
Azərbaycanın turizm imkanları da nümayiş etdirilir. Sərgidə Azərbaycan nümayəndə
heyətinə mədəniyyət və turizm
nazirinin müavini Nazim Səmədov rəhbərlik edir. Heyətə nazirliyin
Turizm şöbəsinin Xarici
turizm sektorunun böyük məsləhətçisi Cəfər
Qarayev və Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov daxildir. Sərgidə «SW travel», «Millennium Tourism
and Congress», «Sport Luxury», «Gilan tourism»,
«Pasha travel», «Xəzər travel» turizm şirkətləri,
habelə «Chinar Hotel
and Spa Naftalan», «Fairmont Baku», «Gallery hotel»,
«Four Seasons», «Kempinski Hotel Badamdar»
və «Marriott Absheron»
mehmanxanaları təmsil
olunur.
Ekspozisiyada respublikamızın turizm imkanlarını əks etdirmək üçün 50 kvadratmetr
sahədə stend qurulub. Burada ziyarətçi və iştirakçılara
paylanması üçün
ingilis və ərəb dillərində
müxtəlif reklam-çap
məhsulları, eləcə
də digər təbliğat materialları
yer alıb.
Qeyd edək ki,
2004-cü ildən başlayaraq
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi və yerli turizm
şirkətləri artıq
onuncu dəfədir ki, «ATM» sərgisində iştirak edir. Bu il tədbirə
ümumilikdə 90-dan çox
ölkədən 2500-ə yaxın şirkət qatılıb.
Mədəniyyət.-
2013.- 8 may.- S. 8.