“Vətən üçün
doğulan oğul”
Mayın 4-də
İstiqlal Muzeyində
Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin 90 illik yubileyinə həsr olunmuş “Vətən üçün doğulan
oğul” adlı tədbir-sərgi keçirildi.
Mədəniyyət
və Turizm Nazirliyi və İstiqlal Muzeyinin birgə təşkilatçılığı
ilə gerçəkləşən
sərgidə ilk dəfə
olaraq Mehdi Quliyevə aid muzeydə saxlanılan fotoşəkillər,
orden, medal və digər sənədlər
nümayiş olundu.
Tədbiri muzeyin direktoru
Fəridə Şəmsi
açaraq xalqımızın
igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin ötən əsrin ağır-amansız
illərində - II Dünya
müharibəsində böyük
rəşadət yolu
keçdiyini vurğuladı.
Muzeyin elmi-ekspozisiya şöbəsinin
müdiri Şərafət
Məmmədova çıxış
edərək qəhrəmanın
həyat yolundan danışdı. Bildirdi
ki, Mehdi Nadir oğlu Quliyev 5 may
1923-cü ildə Gədəbəy
rayonunun Əriknaz kəndində anadan olub. Orta təhsilini başa
vurub Bakı şəhərinə gəlib.
1942-ci ildə Sovet Ordusu sıralarına çağırılıb, alman
faşist qəsbkarlarına
qarşı müharibədə
fədakarlıq nümunəsi
göstərib. SSRİ Ali Soveti
Rəyasət Heyətinin
1943-cü il 17 noyabr tarixli fərmanı ilə Kerç yarımadasında gedən
ağır döyüşlərdə
göstərdiyi qəhrəmanlıq
və igidliyə görə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb.
Mehdi Quliyev 1947-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Bakı şəhər komendantının
köməkçisi, Respublika
Ehtiyat Əmək Qüvvələri İdarəsinin
şöbə müdiri
işləyir. 1951-ci ildə
daxili işlər orqanlarında fəaliyyətə
başlayır, kiçik
leytenant rütbəsindən
milis polkovniki rütbəsinədək yüksəlir.
1968-ci ildən Daxili İşlər Nazirliyi İdarədənkənar Mühafizə
İdarəsinə rəhbər
təyin edilib və ömrünün axırınadək bu vəzifədə çalışıb.
O, dəfələrlə Bakı
və rayon xalq deputatları sovetlərinin
deputatı seçilib.
“Daxili İşlər
Nazirliyinin əməkdar
işçisi” nişanı
ilə təltif edilib. Adı SSRİ Daxili İşlər Nazirliyinin “Şərəf
kitabı”na yazılıb.
“Lenin” ordeni, iki dəfə “Qırmızı
ulduz” ordeni, “İgidliyə görə”
və digər dövlət təltiflərinə
layiq görülüb.
1976-cı il yanvarın
26-da vəfat edib.
Şair İlyas Tapdıq çıxış edərək
Mehdi Quliyevlə bağlı xatirələrini
bölüşdü, onun
çox səmimi və təvazökar bir insan olduğunu
dedi: “Onunla ilk görüşüm heç
yadımdan çıxmır.
Yaz vaxtı idi, Gədəbəyə
gedirdim. Bizim maşından qabaqda başqa bir maşın irəliləyirdi.
Qəflətən necə
oldusa maşın yoldan çıxıb aşdı. Biz də maşını əyləyib
tez aşağı düşdük. Yaxınlaşıb
qapını açdıq
və içəridəki
adamları kənara çıxaranda Mehdi Quliyevi gördük. Xoşbəxtlikdən heç
bir şey olmamışdı. Gədəbəydə
onun büstü ucaldılıb, onun adını daşıyan
orta məktəb fəaliyyət göstərir,
Mehdi Quliyev kimi qəhrəmanların
xatirəsi xalqın yaddaşında əbədi
yaşayır”.
Gədəbəy
Rayon Mədəniyyət Mərkəzinin
direktoru Etibar Əliyev və digər çıxış
edənlər Mehdi Quliyevin fədakarlıq dolu həyat yolundan danışdılar.
Sonda Sovet İttifaqı Qəhrəmanının oğlu
Sabir Quliyev çıxış edərək
tədbir iştirakçılarına
dərin minnətdarlığını
bildirdi. Tədbirdə
Prezident Qvardiyasının,
Daxili Qoşunların
əsgərləri və
Polis Akademiyasının tələbələri
iştirak edirdi.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 8 may.- S. 10.