Mədəniyyətimizin intibah və tərəqqi dövrü

 

   Mayın 3-də Bəstəkarlar İttifaqında “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolumövzusunda elmi-praktik konfrans keçirildi.

  

   İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq ümummilli liderin müasir Azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin beynəlxalq arenada rolunun yüksəlməsində əvəzolunmaz xidmətlərindən danışdı: “Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrüdür. Bu dahi insan tarixi yazanyaradan, onu ölkənin, xalqın mənafeyinə yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi”.

   Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə ümummilli liderin elm, təhsil, mədəniyyət sahəsinə xüsusi diqqətindən söz açdı: “Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünüb, intellektual potensialın formalaşması üçün bilikli kadrların hazırlanmasına şərait yaradıb”.

   Xalq artistləri - bəstəkar Nəriman Məmmədov, Sevda İbrahimova, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, ABİ-nin katibləri Zemfira Qafarova, Lalə Hüseynova dahi rəhbərin zəngin siyasi irsi və dövlətçilik təcrübəsindən danışdılar.

   Tədbirdə Əməkdar artist Aygün Zeynalovanın ifasında “Yaşayırsan ulu öndər” mahnısının və videoklipin təqdimatı da keçirildi. Mahnının musiqisi Əməkdar incəsənət xadimi Tahir Əkbərə, sözləri isə Xatirə Rəhimbəyliyə məxsusdur.

   KonfransdaMstislav Rostropoviç və Heydər Əliyev dostluğu” filmindən fraqmentlər nümayiş etdirildi, Xalq artisti Tofiq Bakıxanovun ulu öndərə həsr etdiyi “Sən həmişə bizimləsən” simfonik poemasından parçalar ifa olundu.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 8 may.- S. 11.