Ağsuda kitab bayramı

 

   Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş kitab bayramı keçirilib.

   Rayon rəhbərliyinin, ziyalıların, gənclərin yeniyetmələrin qatıldığı tədbirin açılışında çıxış edənlər görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafında misilsiz xidmətlərindən danışıblar. Nərgizuşaq bağçasının şəhər 4 saylı tam orta məktəbi şagirdlərinin ifasında ümummilli liderimizə həsr olunmuş şeirlər səsləndirilib.

   Sonra iştirakçılar parkda sərgilənmiş kitablara baxıblar. Sərgidə mənalı ömrünü xalqına bəxş etmiş böyük öndərin həyat fəaliyyətinə həsr olunan yüzlərlə nəşr nümayiş etdirilib.

   Tədbirdə ulu öndərə həsr olunmuş şeir qiraəti müsabiqəsində qalib gələn yeniyetmələrə kitablar hədiyyə edilib. Həmçinin ən yaxşı kitabxanaçı ən yaxşı fəal oxucu nominasiyaları üzrə müsabiqənin qalibləri - mərkəzi kitabxananın şöbə müdiri Ülkər Hacıyeva Camaləddin Zeynalov mükafatlandırılıblar. Tədbirdə Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak edib.

 

 

   Mədəniyyət.- 2013.- 8 may.- S. 11.