“Vətənə
qayıdış”
Mayın 6-da Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyinin
ekspozisiyasında ümummilli liderin 90 illik yubileyinə
həsr edilmiş “Heydər Əliyev. Vətənə qayıdış” mövzusunda
fotosərgi açıldı. Muzeyin direktoru Fəridə Şəmsi əvvəlcə
tədbirin mövzusundan söz
açdı. Qeyd etdi
ki, sərgidə ilk dəfə
olaraq ulu öndərin
həyat və fəaliyyətinin çox
mühüm bir mərhələsini
- Naxçıvan dövrünü
işıqlandıran fotoşəkillər nümayiş olunur. Həmin fotolar muzeyə operator və fotoreportyor Aftandil Qurbanov tərəfindən təqdim
edilib.
Sosialist Əməyi Qəhrəmanı
Ömər Ağayev,
şair İlyas Tapdıq, “Azərbaycan Milli Qəhrəmanları
Tanıtma” İctimai Birliyinin sədr müavini Asif Şirinov və başqa çıxış
edənlər ulu öndərin zəngin siyasi və dövlətçilik fəaliyyətdən
danışdılar. Bildirildi ki,
ümummilli lider Heydər Əliyevin zəkası və qətiyyəti sayəsində
Azərbaycan dövləti
dağılmaq, parçalanmaq
təhlükəsindən xilas
olub. Dahi rəhbərin əsasını
qoyduğu dövlətçilik
siyasəti və inkişaf strategiyası bu gün ölkə
başçısı İlham
Əliyev tərəfindən
uğurla davam etdirilir. Vurğulandı ki, xilaskar rəhbərin xatirəsi Azərbaycan xalqının
qəlbində əbədi
yaşayacaq.
Sərgidə Yasamal rayon 24 nömrəli
uşaq yaradıcılıq
mərkəzinin şagirdləri
tərəfindən bədii-musiqili
kompozisiya təqdim olundu.
Ceyhun
Mədəniyyət.-
2013.- 8 may.- S. 11.