"Xalqa bağlı ömür"

 

   Tərtər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kitab bayramı təşkil edib. "Xalqa bağlı ömür" adlı tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayon idarələrinin rəhbərləri, mədəniyyət, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Tərtər şəhərinin mərkəzi meydanı bayramsayağı bəzədilib, müxtəlif sahələri əhatə edən, ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən 400-dən çox kitab sərgiyə çıxarılıb. Tədbirdə ümummilli liderə həsr edilmiş şeirlərdən parçalar səslənib, rəqs qrupu çıxış edib, "Heydər adlı günəş sönməz" başlıqlı ədəbi-bədii kompozisiya göstərilib.

 

 

   Mədəniyyət.- 2013.- 8 may.- S. 11.