Tələbələrin
“Univiziya” mahnı müsabiqəsinə yekun vurulub
Mayın 3-dən 5-dək Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə tələbələrin “Univiziya” II mahnı müsabiqəsi keçirilib. Müsabiqənin Heydər Əliyev Sarayında keçirilən final mərhələsində 12 iştirakçı çıxış edib. İştirakçıları Əməkdar artist Tünzalə Ağayevanın sədrliyi ilə münsiflər heyəti seçib.
Səsvermənin
nəticələrinə əsasən, Qafqaz
Universitetinin tələbəsi Zərrin
Mahmudzadə tələbələrin “Univiziya”
II mahnı müsabiqəsinin qalibi olub. Birinci yerin sahibi mikrofon
formasında “Univision” kuboku
və 3000 manat pul mükafatı qazanıb. İkinci yerə layiq görülən Bakı Slavyan Universitetinin tələbəsi Ozal Rəhimova 2000, üçüncü
yerin sahibi - Azərbaycan Dövlət Neft Akademiyasının
“Old Academic Group” qrupuna 1000 manat
pul mükafatı təqdim olunub. Qaliblərə mükafatları gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
Mədəniyyət.- 2013.- 8 may.- S. 11.