Qazaxda seminar-müşavirə
Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarımili üçün iş planına əsasən mayın 14-də Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon mədəniyyət və turizm şöbələri müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Qazax rayon Mədəniyyət evinin iclas zalında keçirilən müşavirədə rayonların mədəniyyət və turizm şöbələrinin məsləhətçiləri və müəssisə rəhbərləri də iştirak ediblər.
Seminar iştirakçılarına "Mədəniyyət haqqında" 2012-ci il 21 dekabr tarixli Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumat verilib, qanunun mədəniyyət işçiləri arasında geniş təbliğ edilməsi və icrasının daim nəzarətdə saxlanılmasının zəruriliyi vurğulanıb.
Tədbirdə
mədəniyyət və turizm sahəsində
qəbul edilmiş dövlət
proqramları və normativ aktların
bölgələrdə icrası vəziyyəti müzakirə
olunub, regionlarda mədəniyyət
sahəsində mövcud problemlər və
qarşıda duran vəzifələr barədə
fikir mübadiləsi aparılıb,
mədəniyyət sahəsində aparılan islahatlar
haqqında ətraflı məlumat verilib.
Mədəniyyət.-
2013.- 15 may.- S. 4.