Milli intibahımızın memarı

 

   Ümummilli liderin anadan olmasının 90 illik yubileyi münasibətilə mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev milli intibahımızın memarıdır” mövzusunda kitab sərgisi açıldı.

  

   Tədbirdə həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Heydər Əliyev-mədəniyyətimizin hamisi” elektron məlumat bazasının “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin köməkçi göstəricisinin 3-cü cildinin təqdimat mərasimi keçirildi.

   Kitabxananın direktoru Kərim Tahirov Mədəniyyət Turizm Nazirliyi ilə birgə təşkil olunan sərginin ulu öndərin yubileyinə töhfə olduğunu vurğulayaraq dahi rəhbərin mədəniyyətimizin hərtərəfli inkişafı, təbliği, korifey sənətkarlarımızın dünyada tanıdılmasında misilsiz xidmətləri olduğunu bildirdi. Ulu öndərin ölkəmizdə kitabxana sahəsinin inkişafını da daim diqqətdə saxladığını, hakimiyyətdə olduğu dövrdə dörd dəfə Milli Kitabxanaya gəldiyini, bu mədəniyyət ocağının dünyanın modern zəngin kitabxanaları sırasına daxil olması üçün böyük səy göstərdiyini qeyd etdi. Bildirdi ki, kitabxana işinə dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

   Mədəniyyət Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov böyük öndərin yubileyi ilə bağlı Azərbaycanın bütün bölgələrində keçirilən tədbirlərin xalqın Heydər Əliyev şəxsiyyətinə əbədi hörmət sevgisinin təzahürü olduğunu bildirdi: “Xalqımız dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illiyini təntənə ilə qeyd edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, milli dövlətçiliyin inkişafı, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının güclü birliyinin yaradılması onun xalq vətən qarşısında ən yüksək tarixi xidmətlərindəndir. Ümummilli lider həyatını, zəkasını bacarığını Azərbaycan xalqına həsr etmişdir. Onun müdrik xarici siyasəti ölkəmizin bütün tərəfdaş dövlətlərlə əlaqələrinin qarşılıqlı maraqlara uyğun təmin olunmasını ön plana çəkdi. Bu gün Azərbaycanın sürətli inkişafı ümummilli lider tərəfindən müəyyənləşdirilmiş inkişaf xəttinin məntiqi nəticəsidir. Heydər Əliyev tək qüdrətli dövlət qurmaqla kifayətlənməmiş, həmçinin bu dövlətin gücünün gələcək əsrlərlə qovuşmasını təmin etmişdir. Bu gün əsas nailiyyətlərimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, xalqın rifahını təmin edəcək neft strategiyasının hazırlanması, hərtərəfli islahatların aparılması - bütün bunlar Heydər Əliyev siyasi kursunun Azərbaycanın dövlətçilik konsepsiyasına çevrilməsindən xəbər verir”.

   “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov digər çıxış edənlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin ulu öndərin həyat dövlətçilik fəaliyyətinin dərindən öyrənilməsi baxımından əhəmiyyətini qeyd etdilər. Bildirildi ki, çoxcildliyin nəşri layihəsi 1997-ci ildən başlayaraq Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə “Azərnəşr” tərəfindən reallaşdırılır 45-ci cildi çapdan çıxıb. Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası tərəfindən 2008-ci ildə çoxcildliyin köməkçi göstəricisinin 1-ci cildi, 2010-cu ildə isə 2-ci cildi nəşr olunub, bu günlərdə isə 3-cü cild işıq üzü görüb.

   Çıxışlarda kitabxana tərəfindən ulu öndərin 90 illik yubileyi münasibətilə hazırlanmış “Heydər Əliyev-mədəniyyətimizin hamisi” elektron məlumat bazasının əhəmiyyəti vurğulandı. Elektron məlumat bazasının təqdim olunan ayrı-ayrı bölmələrində ümummilli lider haqqında zəngin məlumatlar, fotolar yer alıb.

   Sonra kitab sərgisinə baxış keçirildi. Sərgidə müxtəlif dillərdə ulu öndər haqqında kitablar yer almışdı.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2013.- 15 may.- S. 6.