Gənc
musiqiçinin uğuru
Aprelin
30-dan mayın 4-dək Hollandiyada keçirilmiş “Perpetuum
Mobile” beynəlxalq müsabiqəsində
Azərbaycanı G.Şaroyev adına 35
nömrəli 11 illik uşaq
musiqi məktəbinin fortepiano
ixtisası üzrə 14 yaşlı şagirdi
Suada Hacızadə təmsil edib. Musiqi məktəbindən
bildiriblər ki, iki turdan ibarət olan
müsabiqədə Suada Hacızadə ikinci dərəcəli diploma
layiq görülərək laureat adını qazanıb. Gənc musiqiçi artıq 3-cü dəfədir ki, beynəlxalq müsabiqədə laureat adına layiq görülür.
Mədəniyyət.-
2013.- 15 may.- S. 6.