Turizm İnstitutunda ingiltərəli professorla
görüş
Azərbaycan Turizm İnstitutunda tələbələrin Böyük
Britaniyanın Durham Universiteti
Saint Mary Kollecinin direktoru,
sosial iş üzrə professor Saymon Hakettlə görüşü
keçirilib. Azərbaycan Sosial
İş İctimai Birliyi ilə birgə təşkil olunan görüş dialoq-müzakirə formasında
gerçəkləşib. Tələbələrin ingilis dilində
öz fikirlərini sərbəst ifadə etmələri, düşüncələrindəki
sərbəstlik qonaqda
xoş təəssürat
yaradıb. Saymon Hakett
ATİ tələbələrinin bilik səviyyəsindən
razı qaldığını
xüsusi vurğulayıb.
O, görüşə görə
təşəkkürünü bildirərək belə dialoq-müzakirələrə hər
zaman hazır olduqlarını deyib.
Fəxriyyə
Mədəniyyət.-
2013.- 15 may.- S. 6.