Bakı dünən, bu gün, sabah

 

   Respublika müsabiqəsinin yekun sərgisi

  

   Mayın 10-da Muzey MərkəzindəBakı dünən, bu gün, sabahrespublika müsabiqəsinin yekun sərgisi açıldı. Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi, Dövlət Rəsm Qalereyası XətaiSənət Mərkəzinin birgə təşkil etdiyi müsabiqə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunub.

  

   Sərginin açılışında çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ümummilli liderin yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlərdə bütün ölkə ictimaiyyəti kimi, mədəniyyət xadimlərinin, bu sahədə çalışan insanların fəal iştirak etdiyini vurğuladı: “Bu, mədəniyyətimizə daim diqqət qayğı göstərmiş ulu öndərin xatirəsinə mədəniyyət işçilərinin dərin ehtiramının nümunəsidir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ümummilli liderin atdığı ilk addımlardan biri məhz mədəniyyətimizin, incəsənətimizin, onun yaradıcı potensialının gücləndirilməsi istiqamətində olmuşdur. Bu diqqət qayğı sayəsində mədəniyyətimizin bütün sahələri inkişaf edir, dünyada geniş tanınır təbliğ olunur. Bugünkü sərgi sənət adamlarının böyük öndərin yubileyinə töhfəsidir. Hamımız yaxşı bilirik ki, Heydər Əliyev rəssamlığa, heykəltəraşlığa vurğun idi. İncəsənətin bu sahələrini çox sevərdi. MüsabiqəninBakı dünən, bu gün sabahadlandırılması da təsadüfi deyil. Çünki Bakının inkişafında, imicinin formalaşdırılmasında ulu öndərin xüsusi rolu olmuş o, daim Azərbaycan şəhərlərinin yeni simasını yaratmağa çalışmışdır. Şəhərlərimizdə memarlığın inkişafına xüsusi diqqət yetirmişdir. Memarlıq, rəngkarlıq, heykəltəraşlıq sahəsində insanların zövqünün formalaşdırılması bu sahəyə marağın artmasını istəyirdi. Onun dövründə Bakıda ölkənin digər şəhərlərində gözəl binalar inşa olundu, neçə-neçə elm mədəniyyət xadimlərimizin büstü, heykəli ucaldıldı”.

   Azərbaycanın dünya ölkələri arasında siyasi cəhətdən ən sabit inkişaf üçün əlverişli bir mövqedə olduğunu deyən nazir bunun mədəniyyətin inkişafına töhfə verdiyini, mühüm zəmin yaratdığını bildirdi: “Sərgidə əsərləri nümayiş olunan insanlar sırasında elə müəlliflər var ki, məhz Heydər Əliyevin dövründə yaradıcılığa başlamışlar bu diqqət qayğıdan onlara da pay düşmüşdür. Bu gün Bakıda qorunan memarlıq incilərimizlə yanaşı, müasir memarlıq abidələri ucaldılır yeni sənət nümunələri yaranır. Buna misal olaraq Heydər Əliyev Mərkəzini, “Üç alovqüllələrini, Xalça Muzeyinin yeni binasını göstərə bilərik. Bu gün həmin tikililər müasir Bakının görkəmidir”.

   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad XəlilovBakı dünən, bu gün, sabahrespublika müsabiqəsi haqqında məlumat verdi. Bildirildi ki, 2012-ci il oktyabrın 9-dan 2013-cü il aprelin 15-dək davam edən müsabiqəyə 12 mövzu üzrə çoxlu sayda maraqlı əsərlər təqdim olunub. Lakin müsabiqəyə hələ tam yekun vurulmayıb: “Münsiflər heyətinin qərarı ilə sərgidə 80-dək rəngkarlıq, qrafika kiçik həcmli heykəltəraşlıq əsərləri nümayiş olunur sonra onların arasından ən yaxşı işlər müəyyənləşdirilərək mükafatlandırılacaq”.

   Nümayiş olunan əsərlərin arasında ulu öndər Heydər Əliyevin dövründə yaradılan binalar, onun qayğısı sayəsində mühafizə edilən tarixi-mədəni irsimiz, bu gün Bakının mənzərəsini əks etdirən rəssamların gələcəyə nikbin baxışla yaratdıqları əsərlər var. Paytaxtımızın tarixi keçmişini, bugününü gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən yeni incəsənət əsərlərinin yaradılması məqsədilə gerçəkləşən müsabiqənin yekun sərgisi mayın 17-dək davam edəcək.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 15 may.- S. 8.