Muzey işçiləri dahi rəhbərin xatirəsini yad ediblər

 

Mayın 10-da L.və M.Rostropoviçlərin, Səməd Vurğunun ev-muzeylərinin və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə ulu öndərin 90 illik yubileyinə həsr edilmiş Heydər Əliyevin ev-muzeylərinin yaranmasında rolu mövzusunda tədbir keçirilib.

L. və M.Rostropoviçlərin ev-muzeyində keçirilmiş tədbirdə N.Nərimanov, S.Vurğun, C.Məmmədquluzadə, A.Şaiq, C.Cabbarlı, M.S.Ordubadi və L. və M.Rostropoviçlərin ev-muzeylərinin əməkdaşları iştirak ediblər. Foyedə təşkil olunmuş ev-muzeylərinin eksponatlarından ibarət sərgi maraqla qarşılanıb.

L. və M.Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova ümummilli liderin elmimizə və mədəniyyətimizə göstərdiyi qayğıdan danışıb.

Tədbirdə Heydər Əliyev və dahi musiqiçinin dostluğu, Heydər Əliyev və Səməd Vurğun, Heydər Əliyev və Cəlil Məmmədquluzadənin ev-muzeyi, Azərbaycanın bəzi bölgələrində Heydər Əliyev mərkəzləri, Heydər Əliyev və Azərbaycan ədəbiyyatı mövzularında məruzələr dinlənilib.

 

 

Mədəniyyət.- 2013.- 15 may.- S. 13.