“Hər şey gözəldir həyatda”

 

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə Mərdəkan qəsəbəsindəki Nizami adına mədəniyyət mərkəzində “15 May-Beynəlxalq Ailə Günü” münasibətilə “Hər şey gözəldir həyatda” adlı ailə yarışması keçirilib. BŞMTİ-nin sektor müdiri Gülnarə Seyidova, şairə Gülarə Munis, AMEA-nın əməkdaşı Fidan Nəsirova və Mərdəkan xalq teatrının aktrisası Şərqiyyə Rəhmanovadan ibarət münsiflər qalibləri müəyyənləşdirib. 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülən Seyidzadələr, Ağayevlər və Xəlillilər ailəsi mədəniyyət mərkəzi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.

 

 

   Mədəniyyət.- 2013.- 17 may.- S. 15.