Bakı
Uşaq Teatrı Türkiyədə festivalda
çıxış edib
Mayın 13-də Türkiyənin Ərzurum şəhərində 5-ci beynəlxalq gənclik teatr festivalı başlanıb. Ayın 27-dək davam edəcək festivalda Bakı Uşaq Teatrı da iştirak edir. Kollektiv mayın 14-də Ərzurum Dövlət Teatrında Abdulla Şaiqin əsəri əsasında İntiqam Soltanın və Hacıbaba Məmmədovun quruluş verdiyi “Əşxas” tamaşası ilə çıxış edib.
Gürcüstan, İran, Bolqarıstan və s. teatr
kollektivlərinin qatıldığı festivalda Bakı
Uşaq Teatrının tamaşası maraqla qarşılanıb.
İnsanlıq obrazında verilmiş Ana surəti “xəstə”
yatan övladının (İdeal) məhv olmasına dözə
bilmir, fəryad edir. İdealı əhatə edən qara
qüvvələr Zülm, Şeytan, Fəlakət və
Vicdan, Ədalət, Mərhəmət, Səadət
arasında kəskin mübarizə gedir. Rəqslər üzərində
qurulan tamaşada simfonik musiqi və canlı muğam
ifasından istifadə olunub. Səhnə əsərinin musiqi
tərtibatçısı Rauf Hüseynli, rəssamı Sevda
Məmmədova və Vüsal Rəhimdir.
Mədəniyyət.-
2013.- 17 may.- S. 7.