Moskvada bahar festivalı

 

   Moskvada Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümünə həsr edilmişRusiya və MDB ölkələri xalqları” adlı ənənəvi bahar festivalı keçirilib.

   Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları festivalda iştirak ediblər. Tədbirin məqsədi tələbə mühitində ənənəvi xalq mədəniyyətinin qorunub saxlanmasına və inkişafına kömək göstərmək, gənclər arasında tolerantlığın səviyyəsini yüksəltmək, Böyük Vətən müharibəsində sovet xalqlarının qəhrəmanlığını bədii vasitələrlə təbliğ etməkdir.

   Festivala bayram konserti ilə yekun vurulub. Konsertdə Azərbaycan tələbələri Mahnur SəfiyevaZəriflikmahnısını ifa edib, Murad Abbasov balaban sədaları altında “Bu qoşunların keçdiyi şəhərlər danışırşeirini söyləyib, Rövşən Elçiyev nağarada Azərbaycan ritmlərinin virtuoz ifası ilə bütün zalda canlanma yaradıb.

 

 

   Mədəniyyət.- 2013.- 17 may.- S. 7.