Azərbaycanlı gənclər Niderlandda mədəniyyət bayramında

 

Mayın 9-dan 12-dək Niderlandın Brabant əyalətində Cultifestijn-2013 mədəniyyət festivalı keçirilib. Mədəniyyət bayramında Ana Vətən Niderland Azərbaycanlı Qadınlar BirliyiNiderland Azərbaycanlı Gənclər Birliyiiştirak edib. Azərbaycan guşəsində iştirakçılar milli yeməklərimiz, şirniyyatlarımızdan dadıb, xalq musiqimizi dinləyiblər.

Qonaqların diqqətini ən çox cəlb edən isə musiqi alətlərimiz və xalçalarımız olub. Ziyarətçilərə Qarabağ, tariximiz, mədəniyyətimiz haqqında məlumat verilib, kitab və açıqcalar hədiyyə edilib. Hollandiyada yaşayan azərbaycanlı rəssamlar Rasim Hüseynov və Vəfa Rüstəmovanın əsərləri də iştirakçılarda böyük maraq doğurub.

Yeganə Yusifova milli rəqslərimizlə mədəniyyət bayramının iştirakçılarını valeh edib.

 

 

Mədəniyyət.- 2013.- 17 may.- S. 7.