Şamaxıda
Uşaq Yaradıcılıq Mərkəzi
açıldı
Mayın 16-da Şamaxıya səfər edən Prezident İlham Əliyev rayonda aparılan quruculuq işləri ilə tanış olub, bir sıra obyektlərin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Prezident Şamaxıda Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına burada yaradılan şərait barədə məlumat verilib.
Azərbaycan dövləti gələcək nəslin sağlam və Vətənə sədaqət ruhunda böyüməsi, savadlı və yüksək intellekt sahibi olması qayğısını da öz üzərinə götürüb. Son illər paytaxtda və regionlarda Heydər Əliyev Fondu tərəfindən çoxlu sayda uşaq incəsənət məktəbləri və yaradıcılıq mərkəzləri istifadəyə verilir. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğı, mədəniyyət ocaqlarının əsaslı təmiri, müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir. Şamaxı Uşaq Yaradıcılıq Mərkəzində tanınmış mədəniyyət xadimlərimizə həsr olunan guşə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlarla zəngindir. Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülüb, ağac və gül kolları əkilib, bütün zəruri infra-struktur yaradılıb.
Prezidentə məlumat verilib ki, bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə tədris ocağının bazasında uşaq incəsənət məktəbi yaradılıb. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşüb və sökülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilib.
Dövlət başçısı Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş fotoguşəyə baxıb. Burada “Azərbaycan keçmiş əsrlərdə və bu gün” mövzusunda təqdim olunan sərgi-kompozisiyada qədim və müasir memarlıq nümunələri, həmçinin milli mədəniyyət və məişət ənənələri nümayiş etdirilir.
Mərkəzdə
ümumilikdə 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi
salonu yaradılıb. Burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaq. Tədris sinifləri və
digər yardımçı
otaqlar ən müasir avadanlıqla təchiz edilib. Mərkəzin akt zalında
müxtəlif tədbirlərin
keçirilməsi üçün
hər cür şərait var.
Prezident İlham Əliyev
Uşaq Yaradıcılıq
Mərkəzinin xalq çalğı alətləri
orkestrinin ifasında Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından
uvertüranı dinləyib,
kollektivə uğurlar
arzulayıb.
Dövlət
başçısı Şamaxıda yenidən qurulan Olimpiya İdman Kompleksi,
Şamaxı Astrofizika Rəsədxanasında
əsaslı təmir və yenidənqurmadan sonra
yaradılan şəraitlə də tanış olub.
Mədəniyyət.- 2013.- 17 may.-
S. 2.