Turizm Azərbaycanın prioritet inkişaf istiqamətlərindən biridir

 

   “The Business Year” jurnalında mədəniyyət turizm nazirinin müsahibəsi dərc olunub

  

   Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın “The Business Year” jurnalının 2013-cü il üzrə xüsusi buraxılışı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.    

   Nəşrdə böyük öndərin müstəqil Azərbaycan dövlətinin tarixində misilsiz xidmətlərindən söz açılır, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi dinamik inkişafdan bəhs olunur, oxuculara dövlət rəsmilərinin, şirkət rəhbərlərinin müsahibələri təqdim edilir.

   Jurnalda mədəniyyət turizm naziri Əbülfəs Qarayevin müsahibəsi dərc edilib. Nazir müsahibəsində ötən il Azərbaycanda yüksək səviyyədə gerçəkləşən beynəlxalq tədbirlərdən, festival müsabiqələrdən söz açaraq Bakının dünyanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrildiyini vurğulayır. Qeyd olunur ki, paytaxtımızın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi iştirakçı ölkələr, jurnalistlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Müsahibədə Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən ətraflı söz açılır vurğulanır ki, ölkə başçısının qayğısı sayəsində turizm ölkədə inkişaf etdirilən üç qeyri-neft sektoru sahəsindən biridir. Bildirilir ki, Prezident İlham Əliyev kənd təsərrüfatı, telekommunikasiya turizmi ölkənin gələcək prioritet inkişaf istiqaməti kimi müəyyənləşdirib. Bunun nəticəsi olaraq turizm sahəsində dövlət proqramı icra edilməkdədir. 2011-ci ilin dövlət başçısı tərəfindən AzərbaycandaTurizm ilielan edilməsi isə bu sahənin inkişafına mühüm töhfə olub.

   Nazir turizm infrastrukturunun təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Bildirilir ki, “Şahdağqış-yay turizm kompleksinin genişləndirilməsi məqsədilə yaxın gələcəkdə iki hotelin açılması planlaşdırılır: “Xidmət səviyyəsinin, insan resurslarının inkişaf etdirilməsi əyləncə turizminin inkişafı istiqamətində böyük irəliləyişlərə nail olmağa çalışırıq. Bu sahələrdə müvafiq standartlara çatmağı hədəfləyirik”.

   Əbülfəs Qarayev beynəlxalq sərmayədarların ölkəyə cəlb edilməsi məsələsinə də toxunub. Qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə AZPROMO dövlət agentliyi ilə sıx əməkdaşlıq qurub: “Azərbaycanın turizm bazarı ilə maraqlanan əcnəbi investorlarla fəal işbirliyi içərisindəyik. Yaxın 10 il ərzində potensial sərmayədarlarla, beynəlxalq investisiya təşkilatları ilə əlaqələr qurmağa daha çox səy göstərəcəyik. Bu il ərzində bir sıra investisiya forumlarında da iştirakımız nəzərdə tutulub”.

 

 

 Mədəniyyət.- 2013.- 17 may.- S. 4.