“Bir mələyin ürək səsi”
Mayın 15-də Bakıda bəstəkar Sevinc Tofiqqızının “Bir mələyin ürək səsi” adlı diskinin təqdimat mərasimi keçirilib. Tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Gözlərə nur verən mələk” kompozisiyası təqdim edilib. Sonra bəstəkarın Mustafa Kamal Atatürkün xatirəsinə həsr etdiyi kompozisiya nümayiş olunub.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan və tanınmış sənət adamları iştirak ediblər.
Çıxış edənlər uğurlu
əsərləri münasibətilə bəstəkarı təbrik
edib, ona yeni yaradıcılıq uğurları
arzulayıblar.
Mədəniyyət.-
2013.- 17 may.- S. 5.