Turizmin Qlobal Etik Kodeksi Azərbaycan dilində
Dünya Turizm Təşkilatının
mühüm sənədlərindən olan Turizmin Qlobal Etik
Kodeksi Azərbaycan dilinə tərcümə olunub. Sənəd
Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının
XIII Baş Assambleyası tərəfindən 1 oktyabr 1999-cu ildə
qəbul edilib. Turizm sahəsində münasibətlərin
beynəlxalq səviyyədə tənzimlənməsində
xüsusi əhəmiyyət kəsb edən Turizmin Qlobal Etik
Kodeksinin Azərbaycan dilinə tərcüməsi təşkilatın
internet səhifəsində (http://ethics.unwto.org/en/content/full-text-global-code-ethics-tourism)
yerləşdirilib. Turizm sənayesinin bütün nümayəndələrinə,
həmçinin turistlərə və turizm sahəsi ilə əlaqəli
şəxslərə müvafiq beynəlxalq sənədlə
tanış olmaları və ona riayət etmələri
tövsiyə olunur.
Mədəniyyət.- 2013.- 17 may.-
S. 2.