Göyçay və Qazaxda
kitab bayramı
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Göyçay rayon Mərkəzi kitabxanasının qarşısında «Kitab bayramı» keçirilib. Tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov açaraq böyük öndərin mədəniyyətimizə diqqət və qayğısından, kitabxana işinin inkişafına töhfələrindən söz açıb.
Ümumtəhsil
məktəblərinin müəllim və şagirdlərinin,
rayon ictimaiyyətinin iştirak
etdiyi tədbirdə 800-ə yaxın kitab və elektron nəşr,
habelə kitabxana işçilərinin əl
işləri nümayiş olunub. Sərgidə ölkəmizin tarixinə,
ədəbiyyatına, Qarabağa dair, habelə ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən kitablar yer
alıb. İştirakçılar kitabxanaya
daxil olan yeni nəşrlərlə tanış olmaq imkanı qazanıblar. Tədbir rayon mədəniyyət evinin
«Çinar» instrumental ansamblının
konsert proqramı ilə başa çatıb.
* * *
Mayın 17-də
Qazax rayon Mərkəzi
kitabxanası rayon Mədəniyyət
və Turizm Şöbəsinin dəstəyi
ilə ümummilli liderin 90 illiyinə həsr olunmuş “Azərbaycana nur saçan Günəş”
adlı kitab bayramı keçirib. Tədbirdə rayon İcra Hakimiyyəti
başçısının ictimai-siyasi və humanitar məsələlər
üzrə müavini
Gülayə Həsənova,
Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Valeh Vəliyev, mədəniyyət
və təhsil işçiləri iştirak
ediblər.
Tədbiri MKS-nin direktoru
Solmaz Babanlı açaraq böyük öndər Heydər Əliyevin Azərbaycanın
müstəqilliyinin qorunub
saxlanılmasında tarixi
xidmətlərindən danışıb.
MKS-nin direktor
müavini Münəvvər
Süleymanlı dahi rəhbərin ömür
yolu haqqında məruzə ilə çıxış edib.
Tədbirdə Qazax şəhər
1 və 2 saylı musiqi məktəblərinin
saz sinfi şagirdlərinin ifasında
el havaları səsləndirilib.
Məktəblilər ulu öndərə
həsr olunmuş şeirlər söyləyiblər,
rəqslər nümayiş
olunub.
Tədbirin sonunda yazıçı-dramaturq Fuad Babanlının yeni
kitablarının təqdimatı olub, Rəsm
Qalereyasının gənc rəssamlarının ulu öndərə həsr etdikləri əl
işlərinə və Mərkəzi kitabxananın tərtib
etdiyi kitab sərgilərinə
baxış keçirilib.
Mədəniyyət.-
2013.- 22 may.- S. 15.