“Hədəf nəşrləri”nin “İdeal” silsiləsi
Mayın 18-də
Atatürk Mərkəzində
XX əsr ədəbiyyatımızın
görkəmli nümayəndəsi
İsa Muğannanın
(Hüseynov) 85 illik yubileyi münasibətilə
ədibin “Hədəf
nəşrləri” tərəfindən
çap olunmuş romanlarının təqdimatı
keçirilib. Müəllifin
iştirak etdiyi mərasimdə “İdeal” silsiləsində işıq
üzü görmüş
6 əsəri - “İdeal”,
“Məhşər”, “İsahəq,
Musahəq”, “Qəbiristan”,
“GurÜn” və “Cəhənnəm” romanları
yeni formada, nəfis tərtibatda oxuculara təqdim olunub. Filologiya üzrə fəlsəfə
doktoru Şəmil Sadiqin redaktorluğu ilə yenidən nəşr olunan kitabları ədibin 85 illiyinə, ədəbiyyatımızın
təbliğinə bir
töhfə hesab etmək olar.
Atatürk
Mərkəzinin direktoru, professor
Nizami Cəfərov müəllifin
yaradıcılığı haqqında ətraflı məlumat
verib. Xalq
yazıçısı, AYB-nin sədri Anar qələm yoldaşını yubiley münasibətilə təbrik edib. Xalq şairləri Zəlimxan
Yaqub, Fikrət Qoca və
başqa çıxış edənlər
müəllifin yaradıcılığından maraqlı məqamlara
toxunublar. “Hədəf nəşrləri”
müəllifin digər əsərlərini də yaxın vaxtlarda oxuculara təqdim
edəcək. Bu siyahıya İsa Muğannanın hələ işıq
üzü görməyən “Həyatımdan
səhifələr”, “Qırx kisə qızıl”, “Söz yarası”, “İlan
dərəsi və ya Peyğəmbərin
taleyi” adlı əsərləri daxildir. Kitabların naşiri
Müşfiq Xan, qrafik dizayneri Teymur Fərzidir.
Mədəniyyət.-
2013.- 22 may.- S. 13.