Qədim yurdumuzun tarixi internet məkanda

 

   İrəvan şəhərinə həsr edilmiş saytın təqdimatı

  

   Mayın 17-də Prezident Kitabxanasında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info veb-saytının (Azərbaycan rus dillərində) təqdimatı keçirildi.

   Tədbiri kitabxananın direktoru Mayıl Əhmədov açaraq bildirdi ki, müasir dövrdə kitabxanalar qarşısında dayanan mühüm vəzifələrdən biri Azərbaycan tarixinə, dövlətçiliyinə ölkəşünaslığına dair elektron resursların hazırlanmasıdır: “Prezident Kitabxanası olaraq indiyədək bu istiqamətdə xeyli görmüşük. “Odlar Yurdu Azərbaycan”, “Təcavüz. 20 Yanvar. Bakı-1990”, “Azərbaycan Dövlət rəmzləri atributları”, “Azərbaycanlıların soyqırımı deportasiyasıadlı elektron resursları yaradılıb. Azərbaycan, ingilis rus dillərində hazırlanan bu elektron toplular tarixi həqiqətlərin dünyaya çatdırılmasına bir töhfədir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistan Respublikası adlanan dövlət vaxtilə Azərbaycan torpaqları olan ərazilərdə yaradılıb. İrəvan şəhəri isə 1918-ci ildə siyasi mərkəz olaraq Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin ilk günlərində ermənilərə güzəşt edilib. Lakin bu güzəştlərin müqabilində ermənilər nəinki Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib, əksinə, zaman-zaman azərbaycanlılara qarşı soyqırımları, deportasiyalar, etnik təmizləmə həyata keçiriblər. Hazırda istifadəçilərin ixtiyarına verilənİrəvan şəhərielektron resursu Azərbaycanın qədim elm, mədəniyyət dini mərkəzlərindən olan İrəvan şəhərinə həsr edilib”.

   Bildirildi ki, Prezident Kitabxanasının şöbə müdiri AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafanın qələmə aldığıİrəvan şəhəriəsəri əsasında hazırlanmış elektron resurs Azərbaycanın qədim elm, mədəniyyət, habelə dini mərkəzlərindən olan bu qədim şəhərə həsr edilib. Layihənin elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovdur: “Bu əsərdə ermənilərin tarixi Azərbaycan torpaqlarına haradan zaman gəldikləri, azərbaycanlılara məxsus torpaqları hansı yollarla ələ keçirdikləri mənbələrə istinadən göstərilib. Həmin əsər yazılarkən kitabxanamızın fondunda qorunub saxlanılan erməni dilində olan ədəbiyyatdan da geniş istifadə olunub. Keçmişdən müasir dövrə qədər İrəvan şəhərinin tarixini işıqlandıran əsər 2009-cu ildə AMEA-nın Tarix İnstitutu tərəfindən nəşr edilib. Bu, müəlliflərinİrəvan xanlığımonoqrafiyasından sonra İrəvan şəhərinə həsr olunmuş ilk sistemli tədqiqat əsəridir”.

   AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov rəhbərlik etdiyi elm ocağının Prezident Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini bildirdi: “Layihələri birlikdə həyata keçiririk, elektron versiyaları kitabxana hazırlayır. Bu o deməkdir ki, biz düşmənə qarşı birgə mübarizə aparırıq gələcəkdə aparmalıyıq. Bu işdə bizə verdiyi dəstəyə görə ölkə rəhbərliyinə minnətdaram. Cənab Prezident bir çox ölkə əhəmiyyətli məsələlərdə bizə yaxından dəstək verir. Tiflis, Dərbənd, İrəvan, Təbriz bizim tarixi şəhərlərimizdir. Ancaq biz heç kimlə torpaq davası etmirik. Sadəcə, bu şəhərlərdə xalqımızın dövlətçilik, xalçaçılıq, rəssamlıq ümumilikdə mədəniyyət tariximiz yaşayır. Ermənilər daha deyə bilmirlər ki, biz bu yerlərin qədim sakinləriyik. Çünki biz sənədlərlə, faktlarla sübut etmişik ki, onlar bu yerlərə gəlmədirlər”.

   Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa çıxış edərək bildirdi ki, qələmə aldığıİrəvan şəhəriəsəri əsasında hazırlanan saytda materiallar 31 bölmədə qruplaşdırılıb. İrəvan şəhəriəsəri artıq qiymətli elektron resurs olmaqla bərabər tariximizi saxtalaşdırmağa çalışan ermənilərə tutarlı cavabdır.

   

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2013.- 22 may.- S. 11.