Milli Kitabxananın beynəlxalq əlaqələri
genişlənir
Milli Kitabxananın direktoru Kərim Tahirov və xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova bu günlərdə Polşanın paytaxtı Varşavada səfərdə olublar.
Səfər müddətində Kərim Tahirov Polşa Milli Kitabxanasının direktoru Tomasz Makowski ilə görüşüb. Görüşdə Azərbaycan Milli Kitabxanası ilə Polşa Milli Kitabxanası arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Mərasimdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib.
Söhbət əsnasında direktorlar kitabxanalarda aparılan yenidənqurma işlərindən, informasiya sahəsində tətbiq olunan yeni vasitələrdən danışıb, fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, imzalanan memorandum qarşılıqlı əməkdaşlığın inkişafına vüsət verəcək.
Kərim Tahirov həmkarına Azərbaycan Milli Kitabxanası haqqında məlumat verərək onu bu mədəniyyət ocağının sentyabr ayında keçiriləcək 90 illik yubileyinə dəvət edib.
Kərim Tahirov və Xəyalə İsmayılova Polşa Milli
Kitabxanasının fəaliyyəti, “Kitabların
elektronlaşması”, “Kitabların yenidən bərpası” və
“Oxu zalı” şöbələrinin işi ilə tanış olublar.
Mədəniyyət.-
2013.- 22 may.- S. 3.