Əsgər atası” 48 il sonra yenidən Bakıda

 

   Gürcü rejissorun məşhur filmi rəngli versiyada nümayiş olundu

  

   Mayın 20-də Nizami Kino Mərkəzində tanınmış gürcü rejissoru, SSRİ Xalq artisti Rezo Çxeidzenin 1964-cü ildə çəkdiyi 2013-cü ildə müasir texnologiya ilə rəngli bərpa edilmişƏsgər atasıbədii filmi nümayiş olundu.

   Təqdimatla bağlı Bakıya gələn rejissor Gürcüstan kinematoqrafçılarından ibarət nümayəndə heyəti jurnalistlərlə görüşdü. Qonaqların arasında prodüser İneza Avaliani, rejissor Konstantin Verulaşvili, operator Vaxtanq Kuntsev David Abdalzadə vardı.

   Tədbiri Mədəniyyət Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə açaraq dost ölkənin kino xadimlərinin Bakıya səfərindən məmnunluğunu bildirdi. Görkəmli rejissor Rezo ÇxeidzeninƏsgər atasıfilminin rəngli versiyada ilk nümayişinin mayın 7-də Moskvada keçirildiyini, indi isə Bakıda təqdim edildiyini diqqətə çatdıran A.Sultanzadə bu mərasimin Azərbaycan Gürcüstan kinematoqrafiya tarixində əlamətdar hadisə olduğunu bildirdi.

   Nazirlik rəsmisi iki ölkənin kino sahəsində əlaqələrindən danışaraq bu il M.F.Axundzadənin həyatından bəhs edənSübhün səfirifilminin Tbilisidə təqdim olunduğunu, Gürcüstanda Azərbaycan kinosu günlərinin gerçəkləşdiyini, “Gürcü aktyorları Azərbaycan kinosundaadlı tədbirin keçirildiyini dedi.

   Əsgər atasıfilminin rejissoru Rezo Çxeidze ekran əsərinin rəngli versiyada bərpası ideyasının necə yaranması barədə danışdı: “Filmin sevildiyini bilirdim. Gənclərin bu filmə marağının artdığının şahidi olmuşdum. Filmin rəngli variantının hazırlanması üçün amerikalı həmkarlarımdan təklif gəldi. Yeni versiya filmi daha geniş auditoriyaya təqdim etməyimizə imkan yaradır. Rəngli filmdə döyüş səhnələri daha effektli təsiredici olur. Məqsədimiz ekran əsərini daha çox insana çatdırmaq idi”.

   Rejissor qeyd etdi ki, 1964-cü ildə çəkdiyiƏsgər atası”nın ilk təqdimat mərasimi Moskvadan sonra, 1965-ci ildə Bakıda keçirilib: “Yeni versiya da yenə Moskvadan sonra ilk dəfə Bakıda nümayiş etdirilir”.

   Əsgər atası”nın ssenarisindən danışan rejissor qeyd etdi ki, filmi baxımlı təsirli edən məqam ssenaristin filmdəki hadisələrin canlı şahidi olmasıdır: “Ssenari müəllifi Suliko Jqenti Böyük Vətən müharibəsində baş verən hadisələrin şahidi olub. Filmin bu qədər təsirli olmasında da onun böyük əməyi var. Ancaq filmin çox çətin taleyi olub, dəfələrlə ssenariyə müdaxilə ediblər”.

   Onu da xatırladaq ki, filmdə baş rolun - oğlunun ardınca cəbhəyə gedən Georgi Maxaraşvili obrazının yaradıcısı, məşhur aktyor, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda anadan olub.

   Əsgər atasıbədii filminin rəngli versiyada nümayişdən öncə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova “Space” telekanalının prezidenti, Xalq artisti, kinorejissor Vaqif Mustafayev Azərbaycan gürcü xalqı arasında mövcud olan tarixi dostluq münasibətlərindən, mədəni əlaqələrindən söz açdılar. Şəfiqə Məmmədova heç vaxt aktuallığını itirməyən filmin yeni versiyasının daha da maraqla qarşılanacağını dedi.

   Rus dilində səsləndirilən film tamaşaçı auditoriyası nəzərə alınaraq həmçinin ingilis dilində titrlərlə təqdim olundu.

   Nümayişdən sonra mərasim iştirakçılarına minnətdarlığını bildirən rejissor Rezo Çxeidze Azərbaycanda mədəniyyətə, incəsənətə göstərilən dövlət qayğısını, yeni filmlərin çəkilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdi.

  

   Nigar İxtiyarqızı

 

   Mədəniyyət.- 2013.- 22 may.- S. 4.