Özbəkistanda
Azərbaycan dili kursları
Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.
Mayın 1-də açılan kurs azərbaycanlı müəllim, 40 il bu sahədə iş təcrübəsi olan Salama Fətəliyeva tərəfindən aparılır. Kurslar ödənişsizdir.
Heydər
Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, kurs
iştirakçıları zəruri əyani vəsait və
nəşrlərlə təmin edilir. Mərkəzin
kitabxanası Azərbaycan dilinin tədrisi
ilə bağlı yeni nəşrlərlə
zənginləşdirilib. Kurslarda
yaxşı nəticə əldə edən
iştirakçılara yekunda xüsusi sertifikatlar veriləcək.
Mədəniyyət.-
2013.- 22 may.- S. 8.