Əsrin bəlasına
qarşı sağlam həyat tərzi
“Azad Gənclər” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz regionlarda QİÇS görmürük” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları XXI əsrin ən təhlükəli xəstəliyi olan QİÇS-dən qorumaqdır.
İki ay
müddətində Quba, Qusar,
Xaçmaz və Siyəzən
rayonlarında həyata keçiriləcək layihə çərçivəsində
mövzu ilə bağlı kampaniyalar təşkil olunacaq,
gənclərə yaşadıqları icmada
təbliğat işini davam
etdirmək üçün xüsusi məlumatlar veriləcək. Eyni zamanda,
iştirakçılara maarifləndirici buklet,
stiker və digər vəsaitlər
paylanılacaq.
Mədəniyyət.- 2013.- 24 may.-
S. 12.