Niyazi arxivinin kataloqu təqdim olunub

 

   Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirildi.Muzey: yaddaş+ kreativlik= sosial dəyişiklikdevizi altında baş tutan mərasimi muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq əlamətdar gün münasibətilə iştirakçıları təbrik etdi.

   Tədbir Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə şairənin rübailəri əsasında hazırlanmış muğam konserti ilə davam etdirildi. Yaddaş. Məhsəti Gəncəvi-900” başlıqlı konsert proqramında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında xalq musiqisi təqdim olundu.

   Ansamblın üzvü Fəzilə Rəhimovanın çəng Samir Fərəcovun gitarada sintez etdikləriSarı gəlinxalq mahnısının ifası kreativ təqdimat nümunəsi kimi maraqla qarşılandı.

   TədbirinSosial dəyişikliklərbölməsində isə muzeyinKlassik Musiqi Həvəskarları Klubu”nun 5 illik yubileyi münasibətiləNiyazi arxivinin illüstrasiyalı kataloqu”nun təqdimatı oldu. Mədəniyyət Turizm Nazirliyinin maddi dəstəyi ilə nəşr olunmuş kataloqa görkəmli dirijor, bəstəkar, maestro Niyazinin ifa olunmamış əsərləri not məcmusu şəklində daxil edilib. Layihənin rəhbəri elmi redaktoru isə Alla Bayramovadır.

   Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyova NiyazininEtüd”ünü, “Arzuromansının solo fortepiano üçün işləməsini ifa etdi.

   Tədbir Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Fərdin Məmmədlinin ifasındaOnu demə, zalım yarxalq mahnısının caz improvizasiyalı kompozisiyası ilə davam etdi. Bakı Musiqi Kollecinin məzunu Abbas Abdullazadə kollecin IV kurs tələbəsi Aysel Həsənzadənin Qara Qarayevin şəxsi royalında etdikləri ifalar tədbirə səmimi ab-hava qatdı. Sonda iştirakçılar üçün interaktiv ekskursiya təşkil edildi karaoke ifa olundu.

   

   Şanə Vəlizadə,

   Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, musiqişünas

 

 

   Mədəniyyət.- 2013.- 24 may.- S. 12.